Icma.az
close
up
RU
Rusiya üçün ultimatumlar forumu: Podolyak Ər Riyad danışıqlarını kəskin tənqid etdi

Rusiya üçün ultimatumlar forumu: Podolyak Ər Riyad danışıqlarını kəskin tənqid etdi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Rusiya və ABŞ arasında aparılan danışıqları kəskin tənqid edərək, onları yeni Rusiya "ultimatumları" üçün bir forum adlandırıb.  

Qaynarinfo The Guardian-a istinadla xəbər verir ki, Podolyak Moskvanın ukraynalıları öldürərək sülhdən danışmasını absurd adlandırıb. Onun sözlərinə görə, Ukraynaya qarşı həyata keçirilən son hücum – 176 dronun buraxılması (18 fevralın gecəsi, danışıqlardan bir neçə saat əvvəl – UNIAN) – Rusiyanın real "danışıqlar mövqeyini" əks etdirir.  

Podolyak keçirilən danışıqların lazımi səviyyədə hazırlanmadığını vurğulayaraq, bunların sadəcə "yeni Rusiya ultimatumları üçün forum" olduğunu bildirib.  

"Bu, aqressora qarşı güc tətbiqindən könüllü və qəribə şəkildə imtina etməklə, onu cəzalandırmaq əvəzinə, ruhdan salan və səbəbsiz şəkildə yumşaltmaq cəhdidir", – deyə Podolyak qeyd edib.  

O həmçinin vurğulayıb ki, "saxta sülh" əldə etməyin heç bir mənası yoxdur, çünki bu, "müharibənin qaçılmaz davamına" gətirib çıxaracaq.  

Xatırladaq ki, Ər-Riyaddakı danışıqlar təxminən 5 saat davam edib və cəmi 15 dəqiqəlik fasilə verilib.  

Danışıqların yekununda ABŞ bildirib ki, tərəflər "diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılması üçün ikitərəfli münasibətlərdə gərginlik yaradan amilləri aradan qaldırmağa razılaşıblar". Həmçinin hər iki tərəf Ukrayna ilə bağlı yüksək səviyyəli danışıqlar aparmaq üçün xüsusi qrupların təyin olunması barədə razılığa gəlib.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri