Icma.az
close
up
RU
Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı?

Rusiya Üçüncü Dünya müharibəsinə hazırdırmı?

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Politoloq: “Rusiyanın edə biləcəyi yeganə şey qarışıqlıq yaratmaqdır”

“Suriyadan texnika daşımalı olan iki Rusiya yük gəmisi Aralıq dənizində sıradan çıxıb və onlardan biri batıb. İndi ruslar təcili olaraq onlara əvəzedicilər axtarırlar. Təbii ki, bu bizim üçün xoş xəbərdir, amma başqa bir vacib cəhət də var: mahiyyət etibarı ilə kiçik olan bu hadisə Rusiyanın Üçüncü Dünya müharibəsinə hazırlığının bir növ lakmus sınağıdır. Nə indi, nə də beş il sonra Putin və ya ondan sonra gələn hansısa şəxsin ordusu NATO ilə döyüşməyə hazır olacaq”. Bu fikirləri ukraynalı politoloq Vadim Denisenko yazdığı analitik məqaləsində qeyd edib.

“Sadəcə, hamı başa düşsün: Rusiya bugünkü hərbi əməliyyatlara on dörd ildir - 2008-ci ildən, Gürcüstandakı müharibədən sonra hazırlaşır. Ona görə də kimsə deyəndə ki, 4-5 illik möhlətdən sonra Rusiya güclənəcək, bu, mifdir”, - deyə analitik əlavə edib.

Politoloqun qənaətincə, Rusiyanın hazırkı maliyyə vəziyyətini, texnologiya çatışmazlığını, təyyarə və gəmiqayırmada uğursuzluqları nəzərə alında, bu ölkənin Üçüncü Dünya müharibəsinin favoriti olacağı absurddur: “Rusiyanın edə biləcəyi yeganə şey qarışıqlıq yaratmaqdır. Axı bu, Moskvanın indiyə qədər nisbətən uğurla etdiyi işdir”.

“Ancaq hər şey o qədər də sadə deyil. Əgər kollektiv Qərb indi İranın belini qıra bilsə, Rusiyanın yalnız bir hərbi müttəfiqi qalacaq – Şimali Koreya. Çin öz oyununu oynamağa davam edəcək, burada müharibə və hərbi əməliyyatlar ən yaxşı istifadə olunmayan son “kozır” olaraq qalacaq. Şimali Koreya isə həmişə oyun oynayıb: bizə daha çox pul verin”, - Denisenko əlavə edib.

Politoloq yazıb ki, başqa bir mühüm cəhət də var: ruslar üçün Ukrayna müharibəsi hələ də bütün təbliğat cəhdlərinə baxmayaraq, ekzistensial müharibə deyil: “Bunun üçün isə müharibədən pul qazanmağa öyrəşmiş orduda ciddi dəyişikliklər etmək lazımdır. Bir sözlə, bir neçə vacib məqamı başa düşməliyik. Birincisi, yaxın gələcəkdə 1914 və ya 1939-cu ildə baş vermiş formada Üçüncü Dünya müharibəsi olmayacaq. Təbii ki, biz bir sıra yerli müharibələrin içindəyik. Amma onlar bundan əvvəl də var idilər, bundan sonra da var olacaqlar. İkincisi, indi gözlənilən Üçüncü Dünya müharibəsinin nəticəsi barədə söz açanlar dörd kateqoriyaya bölünür: axmaqlar - bu haqda çox danışdıqları üçün inanırlar, informasiya dalğasını tutanlar: bu dalğada özlərini qorxudanlar və ətrafdakıları qorxudanlar, bundan siyasi üstünlük əldə etmək istəyənlər. Təəssüf ki, biz bütün bu hekayənin ortasındayıq. Ona görə də biz gələcək danışıqlardan danışarkən yadda saxlamalıyıq ki, virtual və ortamüddətli perspektivdə demək olar ki, qeyri-real Üçüncü Dünya müharibəsi Ukrayna üzrə gələcək razılaşmaların, yaxud qeyri-razılaşmaların real hissəsinə çevrilir”.

“Üçüncüsü, bizim əsas problemimiz ondan ibarətdir ki, Putin, daha dəqiq desək, rus elitası və rusların böyük bir hissəsi indi Ukraynaya öz hərbi rüsvayçılığının əsas kompensatoru kimi patoloji fiksasiya hazırlayıb. Son 400 ildə rusların fəxr edə biləcəyi yeganə şey ordu idi. İndiki müharibə isə məhz bu ordunun tam zəifliyini göstərir. Ruslara ən azı bir növ hiperkompensasiya lazımdır. Və burada biz sırf hərbi əməliyyatlardan kənara çıxır və təbliğatla məşğul oluruq”, - Denisenko vurğulayıb.

“Dördüncüsü, məhz buna görə də indi bizim üçün üstünlük təşkil edən hərbi aspektdən əlavə, müharibənin informasiya hissəsinə də diqqət yetirmək son dərəcə vacibdir. Üstəlik, həm ölkə daxilində, həm də düşmən ərazisində”, - analitik əlavə edib.

Sonda Denisenko qeyd edib ki, müasir müharibələrdə informasiya komponenti olmadan qalib gəlmək çətindir -  “hər şeydən əvvəl, düşmən ərazisində”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Dekabr 2024 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri