Rusiya Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: “Qərbi Azərbaycan tarixi vətənimdir“
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib.
Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmış humanitar yardımı Samirə Səmədovaya və onun briqadasına təqdim ediblər.
Qeyd edək ki, Samirə Səmədova 1983-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub. Ailəsinin 1988-ci ildə Ukraynaya köçməsi ilə bu ölkədə böyüyüb, təhsil alıb. Əvvəlcə Dnepropetrovsk vilayətində, sonra isə Nikolayev şəhərində yaşayıb. Ailəlidir, üç övladı var.
Müharibəyə qədər ukraynalı həyat yoldaşı ilə kiçik bizneslə məşğul olub. Genişmiqyaslı müharibə başlayan kimi ərazi özünümüdafiə hissəsinə yazılıb. Hazırda Ukraynanın Xerson-Nikolayev istiqamətində dəniz piyadaları briqadasında pilot-kommunikator kimi dron döyüşlərində iştirak edir. Ukrayna Silahlı Qüvvələrində yeganə azərbaycanlı qadın döyüşçüdür.
S.Səmədova 18 il kiçik ailə biznesi ilə məşğul olduqdan sonra 2014-cü ildə - Donbasda münaqişə başlayanda həmin əraziyə getdiyini bildirib:
"2022-ci ilə qədər könüllü kimi xidmət etdim. Həmin il fevralın 24-də müharibə başlayanda öz şəhərimdə ərazi müdafiə hissəsinə yazıldım. İndi Xersondakı döyüş briqadasında pilot-kommunikator vəzifəsindəyəm. Üç övladım var, həyat yoldaşım ukraynalıdır. Qərbi Azərbaycanı çox sevirəm, tarixi vətənimdir. Amma artıq bütün həyatımı Ukraynaya bağlamışam".
O, xidmət etdiyi hərbi hissədə pilot-kommunikasiya işlərinin əksəriyyətini həyata keçirdiyini vurğulayıb:
"Bu iş əsasən, dron kəşfiyyatından ibarətdir. Bu dronlar bizə kəşfiyyat aparmağa, düşmənin canlı qüvvələrini aşkar və məhv etməyə imkan verir. Mənim xidmətimin mahiyyəti dronları enerji ilə təmin edən kommunikatorların fəaliyyətinin nizamlanmasıdır. Əsas vəzifəm dronu şarj etmək, bütün şarj batareyalarını yoxlamaq, aparatı uçuşa buraxmaq və onu əllə yerə oturtmaqdır".
Qeyd edək ki, cənub cəbhəsi Ukraynada ən gərgin döyüşlərin getdiyi istiqamətdir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 20 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















