Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Rusiya Ukrayna danışıqlarında 3 cü cəhd

Rusiya Ukrayna danışıqlarında 3 cü cəhd

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kim kimi və ya kimlər nələri bada verəcək?

Gələn həftə dördüncü ili tamam olacaq Rusiya–Ukrayna müharibəsi uzandıqca daha mürəkkəb və çıxış yolu çətin görünən mərhələyə daxil olur. Qarşıdurma təkcə iki dövlət arasında silahlı toqquşma çərçivəsindən çıxaraq mövcud beynəlxalq təhlükəsizlik arxitekturasının sarsılmasına səbəb olan sistemli böhrana çevrilib. Müharibənin uzanması onun coğrafi və siyasi təsir dairəsinin genişlənməsi riskini artırır. Bu baxımdan proses ya effektiv diplomatik mexanizmlər vasitəsilə sülh masasında, ya da səngərdə müəyyənləşdirilməsi ilə nəticələnməlidir. Çünki münaqişə artıq Rusiya və Ukraynanın müharibəsi olmaqdan çıxaraq daha geniş kontekstə, Moskva–Brüssel və daha geniş spektrə yayılır.

Fevralın 17–18-də Cenevrədə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar Rusiya–Ukrayna müharibəsinin diplomatik fazasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Ukrayna nümayəndə heyətinin görüşə yola düşməsi və Dmitri Peskov tərəfindən təsdiqlənmiş trilateral format – Ukrayna, Rusiya və ABŞ – prosesin institusional çərçivəsinin genişləndirildiyini göstərir. Danışıqların gündəliyində atəşkəs rejiminin monitorinq mexanizmi, əsir mübadiləsi və enerji infrastrukturuna qarşı hücumların dayandırılması kimi konkret və texniki məsələlər yer alır. Xüsusilə “enerji fasiləsi” təşəbbüsü, yəni tərəflərin qarşılıqlı şəkildə enerji obyektlərini hədəfə almamaq barədə razılaşması mövcud mərhələdə ən real və verifikasiyası mümkün kompromis kimi görünür. Çünki hazırkı vəziyyət onu deməyə əsas verir ki, tərəflərdən birinin gedəcəyi ən kiçik güzəşt həmin tərəfin müharibədəki statusuna mənfi təsir göstərəcək. Bu baxımdan Cenevrə razılaşması müharibənin dayandırılması üçün mühüm rol oynaya bilər.

***

Görüşdə iştirak edəcək Ukrayna nümayəndə heyətində Prezident Adminis­trasiyasının rəhbəri Kiril Budanov, onun müavini Sergey Kislitsa, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski və digər strukturların nümayəndələrinin yer alması Kiyevin danışıqlara həm siyasi legitimlik, həm də operativ-hərbi koordinasiya prizmasından yanaşdığını göstərir. ABŞ tərəfini Donald Tramp administrasiyasının xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner təmsil edir.  Rusiya heyətinin tərkibində ən azı 15 nəfər olacaq. Nümayəndə heyətinə Prezidentin müşaviri Vladimir Medinski rəhbərlik edir. Heyətdə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Baş İdarəsinin rəhbəri İqor Kostyukov, eləcə də Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev kimi fiqurlar var. ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol görüşlə bağlı şərhində qeyd edib ki, Vladimir Medinskinin danışıqlar prosesinə qayıtması Kremlin Ukrayna ilə sülh danışıqlarına ciddi marağı olmadığını göstərir. O, fikrini bununla əsaslandırıb ki, Medinski həm Ukrayna, həm Qərb, həm də Rusiya daxilində ciddi fiqur kimi qəbul edilmir. Medinski əvvəlki görüşlərdə qarşı tərəfin nümayəndə heyətinə “tarix dərsi” verməyə çalışması ilə yadda qalıb. Bu isə üçüncü raundun da nəticə verməyəcəyini və müharibənin yaxın zamanda sona çatmasının real görünmədiyini ortaya qoyur.

İstənilən halda hadisələri qabaqlamaq doğru olmaz. Cenevrə raundu hərbi eskalasiyanın dayandırılması üçün ilkin texniki razılaşmaların test platformasına çevrilə bilər. Təbii ki, prosesin dayanıqlı sülh mərhələsinə keçidi tərəflərin strateji maksimum hədəflərdən taktiki kompromislərə nə dərəcədə hazır olacağından asılı olacaq. Yanvarın 23–24-də və fevralın 4–5-də Əbu-Dabi şəhərində keçirilən iki raund ABŞ-ın vasitəçiliyi ilə baş tutmuşdu. Həmin görüşlərdə tampon zonaların yaradılması, atəşkəsin monitorinq mexanizmi və enerji obyektlərinə hücumların dayandırılması müzakirə olunmuşdu.

İkinci raunddan sonra tərəflər arasında enerji obyektlərinə qarşı hücumların dayandırılması barədə razılaşma əldə olunsa da, bu “enerji fasiləsi” cəmi dörd gün davam etdi. Hərbi əməliyyatların bərpası göstərdi ki, tərəflər arasında fundamental etimad çatışmazlığı qalmaqdadır. Vaşinqton prosesi “demək olar ki, yekunlaşmaq üzrə” kimi təqdim etsə də, Ukrayna Prezidenti Volodimir Zelenski əsas fikir ayrılıqlarının qaldığını bildirib. Kiyev mövcud sərhədlər çərçivəsində atəşkəs istəyir, Moskva isə işğal olunmuş ərazilərlə bağlı siyasi-hüquqi güzəştlər tələb edir.

Hazırkı mərhələdə danışıqların strateji gündəliyi üç əsas istiqamət üzrə formalaşır və əsas ziddiyyətlər torpaq, təhlükəsizlik və nüvə infrastrukturu məsələlərində cəmlənir. Birinci blok ərazi məsələsidir. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını prinsipial mövqe kimi irəli sürür, Rusiya isə faktiki nəzarət etdiyi ərazilərin hüquqi statusunun tanınmasını tələb edir. İkinci istiqamət enerji və nüvə infrastrukturu ilə bağlıdır. Enerji obyektlərinə hücumların dayandırılması qısamüddətli sabitlik yarada bilər, lakin nüvə stansiyaları üzərində nəzarət məsələsi hələ də ən riskli və həssas komponent olaraq qalır. 

Üçüncü blok isə təhlükəsizlik zəmanətləri ilə bağlıdır. ABŞ-ın vasitəçi qismində çıxış etməsi Vaşinqtonun gələcək təhlükəsizlik arxitekturasında rolunu gücləndirsə də, bu rolun konkret və institusional zəmanət mexanizminə çevrilməsi hələ qeyri-müəyyən olaraq qalır. Zelenski danışıqlardan sonra Rusiyanı enerji obyektlərinə zərbələri davam etdirməkdə ittiham edib. Moskva isə ABŞ-ı əvvəlki təkliflərdən geri çəkilməkdə günahlandırıb. Prezident Donald Trampın Zelenskiyə “hərəkət etməlisən” mesajı isə Vaşinqtonun Kiyevə təzyiq mexanizmlərini açıq şəkildə nümayiş etdirir. 

Danışıqların üçüncü raundunun Avropada keçirilməsi Qərbin təhlükəsizlik arxitekturasında bu münaqişənin mərkəzi yer tutduğunu göstərir. Bu proses Avropa enerji təhlükəsizliyi, qlobal qaz və neft bazarları, eləcə də sanksiya siyasəti baxımından ciddi nəticələr doğura bilər. Realist yanaşma göstərir ki, yaxın perspektivdə genişmiqyaslı siyasi razılaşma ehtimalı zəifdir. Daha çox humanitar istiqamətli addımlar – əsir mübadiləsi, enerji obyektlərinə hücumların məhdudlaşdırılması, mülki in­frastrukturun qorunması – üzrə mərhələli kompromislər mümkündür.

Əgər Cenevrə raundu belə “mikrorazılaşmaların” institusional mexanizmini yarada bilsə, bu, gələcək siyasi dialoqun bazasını formalaşdıra bilər. Əks halda, tərəflər arasında razılığın əldə edilməməsi münaqişənin uzunmüddətli və davamlı qarşıdurma fazasına keçməsi ilə nəticələnə bilər.

Nəticə etibarilə Cenevrə danışıqları, çox güman ki, sülh müqaviləsindən daha çox tərəflərin strateji niyyətlərinin test edildiyi platforma rolunu oynayacaq. Bu testin nəticəsi isə təkcə Kiyev və Moskva üçün deyil, bütövlükdə, Avropa təhlükəsizlik sistemi və qlobal enerji bazarı üçün müəyyənedici olacaq.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see365

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see279

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see276

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see261

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see234

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see231

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see231

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see227

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see223

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see217

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see214

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see211

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see208

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see203

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see203

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see202

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see181

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see181

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see178

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri