Rusiya Ukrayna danışıqlarında Uitkoff və Kuşnerin iştirakı təsdiqlənib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
ABŞ Prezidenti xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner çərşənbə günü Əbu-Dabidə (BƏƏ) Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda iştirak edəcəklər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlayıb.
"Ona görə də Stiv Uitkoff və Cared Kuşner sabah üçtərəfli danışıqların növbəti raundunun keçirilməsi üçün Əbu-Dabidə olacaqlar", - o bildirib.
Livitt əlavə edib ki, bu formatda keçirilən əvvəlki görüş öz mahiyyətinə görə tarixi idi.
Xatırladaq ki, yanvarın 23 və 24-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında texniki səviyyədə ilk danışıqlar keçirilib.
Daha əvvəl bildirilib ki, danışıqların ikinci raundu ABŞ-nin iştirakı olmadan fevralın 1-də keçiriləcək, lakin görüş baş tutmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların ikinci raundunun fevralın 4-5-də keçiriləcəyini deyib.
Bu mövzuda digər xəbərlər:Uitkoff və Kuşnerin növbəti addımı bəlli oldu
18 Dekabr 2025 09:41
KİV: Uitkoff və Kuşnerin Putinlə danışıqları nəticəsiz qalıb
03 Dekabr 2025 10:20
Kreml Uitkoff və Kuşnerin Moskvaya gəliş vaxtını açıqlayıb
22 Yanvar 2026 13:07
Uitkoff və Kuşnerin Putinlə görüş üçün Moskvaya səfəri gözlənilir
14 Yanvar 2026 13:09
Kreml Uitkoff və Kuşnerin Rusiyaya yeni səfərinə ümid edir
15 Yanvar 2026 14:47
Baxış sayı:36
Bu xəbər 04 Fevral 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















