Rusiya Ukrayna ilə danışıqlar üçün Türkiyəni ən uyğun məkan hesab edir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Rusiya Ukrayna ilə danışıqların məhz Türkiyə ərazisində keçirilməsini məqsədəuyğun hesab edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi Kremlə yaxın üç şəxsin sözlərinə istinadla bildirib.
"Moskva Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığında müzakirə olunan sülh sazişinin şərtlərini əhatə edən memoranduma dair danışıqların davam etdirilməsi üçün ən uyğun platforma kimi Türkiyəni görür", - deyə mənbədən qeyd edilib.

