Rusiya Ukrayna ilə hüquqi razılaşmalardan yanadır Lavrov
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Rusiya Ukrayna ilə müvəqqəti atəşkəsə deyil, atəşkəsin tamamilə dayandırılması və münaqişənin əsas səbəblərinin həllinə dair hüquqi və məcburi razılaşmalara ehtiyac duyur".
Bakıvaxtı.az "Rossiya 1"ə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, müvəqqəti atəşkəs məsələsi ilə bağlı Qərbdə və Ukraynada aparılan danışıqların mahiyyəti yalnız bir məqsədə xidmət edir:
"Kiyev rejiminin Qərbin dəstəyi ilə qüvvələrini bərpa edərək Rusiyaya qarşı yeni strateji məğlubiyyət planlarını həyata keçirməsinə şərait yaratmaqdır".
Lavrov əlavə edib ki, məhz bu səbəbdən Moskva müvəqqəti atəşkəs və ya hər hansı qısa müddətli sülh danışıqlarını qəbuledilməz hesab edir.
Nuriyyə Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 25 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















