Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi ABŞ Çin masasında Tramp Sidən nə xahiş edəcək?

Rusiya Ukrayna müharibəsi ABŞ Çin masasında Tramp Sidən nə xahiş edəcək?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın günlərdə Çin Xalq Respublikasının Prezidenti Si Cinpin ilə keçiriləcək görüşdə Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etməyi planlaşdırır və Pekinin Moskva ilə danışıqlarda iştirakını gözləyir.

Tramp Vaşinqtondan Malaziya səfərinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib: “Danışacağımız mövzulardan biri Rusiya və Ukrayna olacaq. Mən istəyirəm ki, Çin bizə Rusiyaya münasibətdə kömək etsin”.

Prezident əlavə edib ki, Vaşinqton artıq Moskva üzərinə “çox sərt sanksiyalar” tətbiq edib və buna baxmayaraq Rusiya Prezidenti Vladimir Putinin sanksiyaların təsirsiz olacağı barədə açıqlamalarına şübhə ilə yanaşır: “O deyir ki, bu sanksiyalar böyük təsir göstərməyəcək. Məncə, yanılır”.

Xatırladaq ki, daha əvvəl Çin Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin “Pekin Rusiyanın müharibədə məğlub olmasında maraqlı deyil” ifadəsinə cavab olaraq Çin tərəfi sülh mövqeyini qoruyub saxladığını və atəşkəs çağırışını dəstəklədiyini açıqlamışdı.

Bundan əlavə, ABŞ Prezidenti Cənub-Şərqi Asiya turu zamanı müxtəlif tərəfdaşlarla kritik əhəmiyyətli faydalı qazıntılar üzrə sazişlər imzalamağı planlaşdırır ki, bu da Çin üzərində təzyiqi gücləndirəcək. “Bloomberg” agentliyinin məlumatına görə, Tramp bu sazişlərlə təchizat zəncirlərini möhkəmləndirməyi, ABŞ-yə investisiyaları cəlb etməyi və qlobal iqtisadi artımı dəstəkləməyi hədəfləyir.

Səfər çərçivəsində Tramp Malaziyada ASEAN sammitində, Yaponiya və Cənubi Koreyada isə 30 oktyabrda APEC sammitində və Si Cinpinlə görüşdə iştirak edəcək.

Görüş həmçinin ABŞ və Çin arasında ticarət gərginliyi fonunda baş verir. Tramp əvvəllər Pekinə 1 noyabrdan etibarən 100%-lik gömrük rüsumları tətbiq ediləcəyi ilə bağlı hədələyib, əgər danışıqlarda irəliləyiş əldə olunmasa. Prezident ümid edir ki, görüş zamanı Çin tərəfinin ABŞ-dən soya alışını da əhatə edən ticarət razılaşmaları müzakirə olunacaq.

Tramp jurnalistlərə bildirib: “Mənim Sədr Si ilə yaxşı münasibətlərim var, çox yaxşıdır. Görüşəcəyik və yaxşı bir görüşümüz olacaq”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri