Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi bitir? ŞƏRH

Rusiya Ukrayna müharibəsi bitir? ŞƏRH

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin müəllimi

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında Rusiya – Ukrayna münaqişəsinin davamlı və uzunmüddətli olacaq sülh yolu ilə həllinə fundamental sadiqliyini təsdiqləyib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Münaqişənin sülh yolu ilə həllinə əsaslı sadiqliyini təsdiq edən Rusiya Prezidenti amerikalı tərəfdaşları ilə kompleks, davamlı və uzunmüddətli nizamlanmaya nail olmağın mümkün yollarını hərtərəfli araşdırmaq üçün işləməyə hazır olduğunu açıqlayıb”, – bəyanatda deyilib.

Dövlət başçısı, həmçinin bir daha qeyd edib ki, həll yolları böhranın əsas səbəblərini və Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqlarını aradan qaldırmaq üçün mütləq ehtiyacı nəzərə almalıdır.

Həmçinin Rusiya lideri otuz günlük atəşkəs təklifini müsbət qiymətləndirdiyini bildirib. 

Yaxın vaxtda atəşkəsin qüvvəyə minməsi mümkündür. Əgər bu olsa sülh istiqamətində mühüm nəticə əldə edilmiş olar.

Bununla belə, atəşkəsin  kövrək olması və aktiv döyüş əməliyyatlarının bərpa olunması ehtimalı heç də az deyil.

Məsələ burasındadır ki, strateji üstünlüyə malik olduğuna görə sülh hazırda Rusiyaya sərf edir. Çünki Rusiyanın imkanları getdikcə tükənir. Ölkə iqtisadiyyatı çökür. Belə bir vəziyyətdə Rusiya Ukrayna qoşunlarını ən qısa zamanda Kursk bölgəsindən də çıxararaq öz şərtləri ilə dsnışıqlara getmək istəyir. Kreml yaxşı başa düşür ki, danışıqlür zamanı maraqları təmin olunacaq.

Ukrayna üçün isə eyni şeyləri demək çətindir. Çünki mümkün sülh böyük, yaxud atəşkəs böyük ehtimalla rəsmi Kiyevin ziyanına olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməli olacaq. Bu zaman xalq onu bağışlamayacaq. Zelenskinin onun təhlükə altında olan hakimiyyəti və şəxsi həyatı üçün təhdid daha da artacaq.

İkinci bir tərəfdən mümkün sülh və Rusiyanın qalib gəlməsi Avropanın da maraqlarına uyğun deyil. Çünki Rusiyanın bu savaşdan qalib çıxması Avropa üçün təhlükəni artıracaq. Ona görə də bir çox Avropa dövləti savaşı uzatmağa və Rusiyanı daha çox zəiflətməyə çalışır. Son zamanlar Avropanın Ukraynaya dəstəyi qismən artırması da bu konteksdən qiymətləndirilməlidir.

İstisna deyil ki, Avropa mümkün sülhə mane və atəşkəsə mane olmağa çalışacaq. Bunun üçün Ukraynadan istifadə olunması, genişmiqyası təxribatların baş verməsi gözləniləndir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri