Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi: Proseslərin necə gedəcəyi Moskva və Kiyevdən asılı deyil

Rusiya Ukrayna müharibəsi: Proseslərin necə gedəcəyi Moskva və Kiyevdən asılı deyil

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiya-Ukrayna müharibəsinin nəticəsi, proseslərin hansı yöndə gedəcəyi artıq Moskva və Kiyevdən asılı deyil".

Bunu Bakıvaxtı.az-a deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, açıq şəkildə gördük ki, ABŞ dəstəyini dayandıran kimi Rusiya Kurskdakı torpaqların bir hissəsini sürətlə geri qaytarmağı bacardı:

"Bunun digər tərəfi də var. Əgər Ukraynaya indikindən daha artıq hərbi və maliyyə dəstəyi göstərilsə, əks proses baş verəcək, yəni Rusiya çətin duruma düşəcək. Ona görə hazırda Rusiya-Ukrayna cəbhəsində proseslərin gedişini orada savaşanlar yox, onları bu müharibəyə cəlb edənlər müəyyənləşdirir. Rusiya çox şey istəyə bilər, ancaq proseslərin gedişinə yön verən bu iki ölkə deyil. Konflikti idarə edənlərin də məqsədi odur ki, heç bir tərəf sövdələşmədən, anlaşmadan razı qalmasın. Çünki elə olarsa, konflikt potensialı aradan qalxmış olacaq. Qərb bunda maraqlı deyil. Qərbin istəyi münaqişənin tamamilə bitməsi yox, idarə olunmasıdır. Ukraynaya ən çox dəstək verənlər belə Ukrayna torpaqlarının azad edilməsində maraqlı deyil. Müəyyən səbəblərdən atəşkəsi istəyə bilərlər. Ancaq konfliktin uzun müddət davam etməsində maraqlıdırlar".

Deputat qeyd edib ki, Ağ Evdə Ukraynaya açıq formada hesab təqdim edilib ki, 500 milyard dolların əvəzində nadir metallarlar resursundan imtina etməlidir:

"Ukraynanın suverenliyinin hansı vəziyyətdə olduğunu da görürük. Əvvəllər vəd edilən yardımlar da göstərilmir. Hətta Bayden administrasiyası dönəmində belə Ukraynaya ciddi yardım göstərilmədi. Xatırlayırsızsa, savaşın ilk aylarında Bayden demişdi ki, Ukraynaya ehtiyac duyulduğu qədər dəstək veriləcək. 4-5 aydan sonra gördülər ki, Ukrayna cəbhədə vəziyyəti öz lehinə dəyişə bilir. Yəni bu, Rusiyanın məğlubiyyətinə və ardınca böyük geosiyasi fəlakətə səbəb ola bilər. Həmin anda mövqe dəyişdi. Bayden dedi ki, "Ukraynaya nə qədər mümkündürsə, o qədər yardım ediləcək". Artıq ehtiyac termini ortadan qalxdı. Vəziyyət belədir”.

Müsahibimizə görə, Fransa prezidentinin də Ukrayna ilə bağlı yanaşması dəyişdi. Ukraynaya yardım məsələsində mövqeyini qoruyan yeganə dövlət Böyük Britaniyadır. Digər ölkələr hamısı tərəddüd içindədir. Deyirlər ki, Rusiyanın maraqlarını nəzərə almaq lazımdır və s.

Sahib Alıyev: Qərbin istəyi münaqişənin tamamilə bitməsi yox, idarə olunmasıdır

S.Alıyev bəyan edib ki, müəyyən dairələr Ukraynanın öz torpaqlarının bir hissəsindən vaz keçməli olacağını deyirlər:

"Bu məsələ Trampa Putinin danışıqlarının nəticəsindən, sövdələşmənin nəylə başa çatacağından asılıdır. ABŞ və Ukrayna ilə sövdələşmənin necə nəticələndiyi artıq bəllidir, reallıqlar ortadadır. Ukrayna ABŞ-nin irəli sürdüyü tələblərlə bütövlükdə razılaşıb. Amma bu o demək deyil ki, Ukrayna öz torpaqlarının işğal altında qalması ilə razılaşa bilər. Ən əsası ukraynalılar bununla heç zaman barışmayacaq. Qərbdəkilərin nə düşünməsinə baxmayaraq, Ukrayna xalqı böyük cəsarət ortaya qoydu. Çox təəssüf ki, burada Ukrayna xalqının mövqeyi, beynəlxalq hüququn kimin tərəfində olması önəm kəsb etmir. Yenə deyirəm, burada əsas güc faktoru rol oynayır".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri