Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsini bitirən 3 ssenari: Putin və Tramp hansını seçəcək?

Rusiya Ukrayna müharibəsini bitirən 3 ssenari: Putin və Tramp hansını seçəcək?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra dünya ictimaiyyətində müharibənin sülh yolu ilə həllinə dair ümidlər artıb. 

Amma münaqişənin sülh yolu ilə həllinə dair ümidlər artsa da, problemin necə həll ediləcəyi ilə bağlı suallar qalmaqdadır. Əsas suallar ondan ibarətdir ki, Rusiya işğal etdiyi ərazilərdə qalacaqmı, yoxsa ərazilərin bir hissəsi geri qaytarılacaq, eləcə də Ukrayna NATO-ya üzv ediləcəkmi?


Sfera.az xəbər verir ki, “Bloomberg” sülhün hansı şərtlər əsasında bağlana biləcəyi ilə bağlı ehtimallarını yazıb. Nəşrin proqnozuna görə, sülh müqaviləsi üçün tərəflər 3 variantdan birini qəbul edə bilər.

“Bloomberg” Ukraynada hadisələrin inkişafı üçün üç mümkün ssenarini araşdırıb. Ən çox ehtimal olunan ssenariyə görə, işğal olunmuş ərazi yaxın gələcəkdə Rusiyanın nəzarəti altında qalacaq. Kiyevin ələ keçirdiyi Kursk vilayətindəki torpaqların Ukraynanın işğal altındakı torpaqlarla mübadiləsi də mümkündür. Bu variantda Ukrayna müəyyən təhlükəsizlik zəmanətləri alacaq və NATO-ya üzvlük təxirə salınacaq.


İkinci variant Kiyev üçün ən əlverişli olanıdır. Bu varianta görə Moskva sövdələşmədən geri çəkiləcəyi təqdirdə ABŞ və Avropanın ikitərəfli öhdəliyi yaranacaq. Yəni, Qərbin Ukraynada Rusiya ilə birbaşa münaqişə girmə ehtimalı üzə çıxacaq. Lakin o da mümkündür ki, Qərb özü birbaşa müharibəyə girməsə də Kiyevə hərbi dəstəyi artıracaq və Rusiyaya qarşı sanksiyaları daha da ağırlaşdırılacaq. Bu variantda Ukraynaya müdafiə sənayesini inkişaf etdirilməsi də həllini tapacaq.

Ukrayna üçün ən pis ssenari üçüncü variantda öz əksini tapa bilər. “Bloomberg”ə görə bu variantın reallaşması üçün ABŞ-nin Ukraynanın gələcəyinə marağını itirməsi lazımdır. Bu vəziyyətdə ABŞ Ukraynaya hərbi və maliyyə yardımını kəsə və problemi həll etməyi avropalıların öhdəsinə buraxa bilər. Üçüncü variant Rusiyanın qazanclarını artıracaq, Ukrayna ərazisinin böyük hissəsinə daimi nəzarət Rusiyanın əlinə keçəcək və Kiyev heç zaman NATO-ya daxil olmayacaq. 
Bu variant reallaşarsa, Baltikyanı ölkələr də Rusiyanın hədəfinə çevriləcək.

Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri