Icma.az
close
up
RU
Rusiya Ukrayna münaqişəsi: Danışıqlar yeganə həll yoludur?

Rusiya Ukrayna münaqişəsi: Danışıqlar yeganə həll yoludur?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün Rusiya tərəfindən irəli sürülən şərtlər müzakirə üçün deyil, daha çox kapitulyasiya təklifi kimi qiymətləndirilir”.

Bunu “Cebheinfo.az”-a İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına aydınlıq gətirə politoloq Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, Ukrayna Rusiya tərəfinin irəli sürdüyü bu şərtləri - Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiya ərazisi kimi tanınmasını, Kiyevin NATO-dan imtina etməsini və neytral statusa keçməsini qəbul edəcəyi təqdirdə, faktiki olaraq kapitulyasiyaya razılaşmış olacaq:

“İstanbulda keçirilən Rusiya-Ukrayna arasında birbaşa danışıqların ikinci raundu göstərdi ki, Kreml şərtlərini daha da sərtləşdirib. Bundan öncə, Rusiya əsas diqqətini Krımın de-yure Rusiya ərazisi kimi tanınmasına və hazırda işğal etdiyi dörd vilayətin inzibati sərhədləri daxilində Rusiya torpaqları kimi tanınmasına yönəltmişdi. Artıq Ukraynanın NATO-ya üzv olmaması da Kreml tərəfindən qəti şərt kimi irəli sürülür.

Məhz Rusiya bu şərtləri irəli sürməklə, Ukraynanın NATO-ya yolunu birdəfəlik bağlamağa çalışır, eyni zamanda Ukraynada Rusiya ilə kompromisə getməyə qəti şəkildə qarşı olan, dövlətin tam müstəqilliyini, Rusiyadan asılı olmamasını müdafiə edən siyasi qüvvələrin buraxılmasını və zəiflədilməsini tələb edir.
Rusiya bunu müharibənin ilk səbəbləri kimi qiymətləndirir. Eyni zamanda Avropa İttifaqının Ukraynaya verdiyi təhlükəsizlik zəmanətlərindən biri kimi, Qərb ölkələrinin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsi perspektivinə də Kreml qəti şəkildə etiraz edir. Bu şərtləri irəli sürməklə Rusiya bu məsələdə də öz qəti mövqelərini nümayiş etdirdi”.

Politoloq qeyd edib ki, yaxın perspektivdə Rusiya-Ukrayna danışıqlarında müsbət nəticə gözləməyə dəyməz:

“Çünki tərəflər tamamilə fərqli və qarşı-qarşıya duran mövqelərdən çıxış edirlər. Hətta müvəqqəti atəşkəslə bağlı təkliflər də bir-birinə diametral şəkildə ziddir.

Belə olan halda gözləmək olar ki, birbaşa danışıqlar davam etsə belə, hələlik tərəflərin heç biri öz mövqeyindən geri çəkilmək niyyətində deyil və ya o vaxta qədər geri çəkilməyəcək ki, buna məcbur edəcək hadisələr baş versin və ya addımlar atılsın.

Rusiya hesab edir ki, o hərb müstəvisində güclüdür və Moskva strateqləri onlar böyük hücuma hazırlaşdıqlarını gizlətmirlər. Bu hucumla Ukrayna müdafiəsini sarsıdacaqlar, yeni ərazilər ələ keçirəcəklər. Hətta xəbərdarlıq edirlər ki, Moskvanın şərtləri daha da ağırlaşacaq.

Ukrayna isə kəşfiyyat-diversiya əməliyyatlarını artıracaq, Rusiya ərazisinə hücum xarakterli aksiyalar mümkündür. Rusiya isə genişmiqyaslı hücum kampaniyası planlaşdırır və yeni əraziləri ələ keçirməyə çalışacaq. Kreml açıq şəkildə bəyan edir ki, Ukrayna razılaşmaya gəlməsə, irəli sürülən şərtlər daha da sərtləşdiriləcək.

Ukrayna da öz növbəsində hesab edir ki, Rusiya bu qədər ciddi dönüşə nail ola bilməyəcək. Eyni zamanda Avropa İttifaqının və ABŞ-nin hərbi dəstəyi artmaqda davam edəcək.

Ukraynalılar ümid edirlər ki, ABŞ-də siyasi təzyiqlər nəticəsində, Donald Trampın mövcud vəziyyətə reaksiya olaraq Ukraynaya daha güclü dəstək göstərməsiylə, rusların hücumları dəf edilə bilər.

Tərəflər arasında fərqli strategiyalar və gələcəyə dair ziddiyyətli baxışlar mövcuddur. Hər iki tərəf düşünür ki, yaxın perspektivdə güzəştə gedəcək qədər zəifləməyib. Bu baxımdan, hərbi müstəvidə döyüşlərin şiddətlənməsi ehtimalı yüksəkdir”.

Onun sözlərinə görə, Rusiya-Ukrayna məsələsində reallıq ondan ibarətdir ki, diplomatiya hələlik gücsüzdür və danışıqlar yolu ilə ciddi nəticələr əldə ediləcəyinə ümid etmək olmaz:

“Ukraynanın Rusiyanın strateji bombardmançı bazalarını hədəfə alaraq uğur qazanması Rusiya üçün psixoloji baxımdan ciddi bir məğlubiyyət oldu.
Bu, Moskvanın reputasiyasına da zərbə vurdu. Lakin bu hücumlar döyüş meydanında qüvvələr nisbətini dəyişmək üçün hələlik yetərli deyil.

Onun əsas təsiri psixoloji və siyasi səviyyədə hiss olunacaq. Avropa və ABŞ ictimaiyyəti bu hadisələri Kiyevə daha güclü hərbi dəstək göstərmək üçün əsas arqument kimi istifadə edə bilər.

Bu halda Rusiyanın susqunluğu təslimçilik kimi deyil, daha genişmiqyaslı “qisas əməliyyatı”na hazırlıq kimi dəyərləndirilə bilər. Vladimir Putin hazırkı şəraitdə buna cavabsız qoya bilməz. 

Bu, onun indiyə qədər yürütdüyü siyasətinə və özü ilə bağlı yaratdığı imicə ziddir. Rusiya tərəfindən adekvat cavab veriləcəyi gözlənilir. Ukrayna da öz növbəsində bu cavabın qarşısını almaq üçün hərbi hazırlıqlarını gücləndirəcək.

Ümumiyyətlə, yaxın zamanda hərbi eskalasiyanın daha da artacağı gözlənilir. Yalnız tərəflərdən biri ciddi şəkildə zəiflədikdə və ya ciddi daxili, xarici təzyiqlərlə üzləşdikdə, danışıqlar masasında vəziyyət dəyişə bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Rusiya-Ukrayna həll Zaur İbrahimli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyun 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri