Icma.az
close
up
RU
Rusiya Ukrayna münaqişəsində sülhdən danışmaq tezdir və məntiqli deyil Deputat

Rusiya Ukrayna münaqişəsində sülhdən danışmaq tezdir və məntiqli deyil Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, həm Moskva, həm də Vaşinqton Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək növbəti görüşün Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı konkret nəticə verəcəyinə inanır. Onun sözlərinə görə, tərəflər görüşdən real nəticə gözləyirlər və ABŞ münaqişəyə son qoymaq üçün səylərini davam etdirir.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, onun bu haqda düşüncələri fərqlidir:

"Bir növbəti görüşün, xüsusən Tramp və Putin arasında keçirilən görüşün, Ukrayna münaqişəsinə son qoyacağını gözləmirəm, çünki artıq belə görüşlərin və telefon danışıqlarının dəfələrlə şahidi olmuşuq. Məsələn, Putinin Alyaskaya səfəri və Ankoricdəki Putin-Tramp görüşündən sonra müsbət bəyanatlar verilsə də, sonradan münaqişə daha da şiddətləndi. Alyaskadakı görüş Rusiya ilə ABŞ arasındakı fikir ayrılıqlarını daha da üzə çıxartdı. Hər bir telefon görüşü və görüşdən sonra biz Amerikanın və Rusiyanın ritorikasının sərtləşdiyinin şahidi oluruq. Hal-hazırda Ukraynaya daha güclü strateji silahların verilməsi müzakirə olunur. Silahlar arasında qanadlı "Tomahawk" raketləri və digər ağır hücum xarakterli silahlar var. Buna görə də, yalnız bir görüşlə və ya növbəti görüşlə Rusiya-Ukrayna münaqişəsinin həll olunacağını düşünmürəm. Bu məsələ, bir-iki görüşlə həll oluna biləcək bir məsələ deyil".

Deputatın fikrincə, əsas məsələ görüş xatirinə görüş keçirmək deyil, görüş zamanı tərəflər arasında ilkin diplomatik razılaşmalar olmalıdır.

"Konkret bir razılıq əldə olunduqdan sonra, liderlər yalnız bu razılaşmanı təsdiqləmək məqsədilə görüşməlidir. Məsələn, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində diplomatlarımız və müvafiq qurumlarımız uzun illər ərzində sülh müqaviləsinin layihəsini razılaşdırmış və detallarını müəyyənləşdirmişdilər. Vaşinqtonda keçirilən üçtərəfli sammitdə tərəflərin liderləri sülh layihəsini parafladılar və bunun nəticəsində yekun sülh müqaviləsinin imzalanmasına yol açıldı. Lakin Amerika-Rusiya liderlərinin hər görüşü ümumiyyətlə nəticəsiz bəyanatlarla bitir. Hətta birgə mətbuat konfranslarında belə müsbət fikirlər səslənmir. Bu səbəbdən, Rusiya-Ukrayna münaqişəsi "dalan" vəziyyətinə düşüb, çünki tərəflərdən heç biri geriyə addım atmağı öz məğlubiyyəti kimi qəbul edər. Təəssüf ki, bu münaqişənin bir-iki görüşlə həll edilməsi mümkün görünmür. Son günlər isə müharibənin eskalasiyası daha da artıb. Ukrayna cəbhəsinin bəzi hissələrində Ukrayna qoşunlarının məğlub olması və Pokrovsk kimi böyük şəhərlərin Rusiyanın nəzarətinə keçməsi göstərir ki, hələlik Rusiya-Ukrayna münaqişəsində sülhdən danışmaq tezdir və məntiqli deyil", - deyə Tural Gəncəliyev yukunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri