Icma.az
close
up
RU
Rusiya Ukrayna PUA larını məhv etdiyini deyir, əslində mülki obyektləri

Rusiya Ukrayna PUA larını məhv etdiyini deyir, əslində mülki obyektləri

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçən həftə Rusiya qoşunları Çerniqov vilayətində kütləvi hücum həyata keçirərək, Ukraynaya məxsus pilotsuz təyyarələrin karvanını və onların operatorlarını məhv etdiklərini iddia ediblər.

Bizimyol.info xəbər verir ki, “Business Insider”in verdiyi məlumata görə, peyk görüntülərinin və Ukrayna kəşfiyyatının məlumatlarının təhlili göstərir ki, zərbənin hədəfi hərbi texnika deyil, taxıl daşıyan mülki yük maşınları olub.

Rusiya Müdafiə Nazirliyi hava hücumunda “100 uzaq mənzilli pilotsuz təyyarə” daşıyan 20 yük maşınının məhv edildiyini və 60 Ukrayna əsgərinin həlak olduğunu iddia edib.

Bu arada Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi hücumun taxıl daşıyan maşınları sıradan çıxardığını və mülki sürücünün həlak olduğunu bildirib. "Bu, mülki hədəflərə zərbə endirməyə haqq qazandırmaq və mülki şəxsin ölümünü gizlətmək üçün növbəti cəhddir", - deyə Mərkəz bildirib.

Rusiya tərəfindən yayımlanan videoda tarlanın ortasında yol kənarında dayanmış onlarla yük maşınının hücuma məruz qaldığı görünür. Bununla belə, ukraynalı və britaniyalı analitiklərin qeyd etdiyi kimi, kadrlarda heç bir pilotsuz təyyarə, hərbi personal və texniki infrastruktur yoxdur.

Hücumdan bir neçə gün əvvəl və sonra peyk görüntülərini tədqiq edən İnformasiya Dayanıqlığı Mərkəzindən britaniyalı analitik Kayl Qlen təsdiqləyib: "Bu, məhsul daşıyan yük maşınlarının karvanına bənzəyir. Hərbi hədəfi göstərən heç nə görünmür", - deyə o qeyd edib.

Onun sözlərinə görə, 25 sentyabr görüntülərində ərazidəki aerodrom boş olub, lakin sentyabrın 27-dən 30-na kimi orada artıq kənd təsərrüfatı işləri gedirmiş. Bu onu deməyə əsas verir ki, texnikanın yığılması dronların buraxılışına hazırlıqla deyil, məhsul yığımı ilə bağlıdır.

"Ukraynalıların dörd gün orada dronlarla dayanıb rusların onlara zərbə endirməsini gözləmək mənasızdır", - deyə Qlen istehza ilə qeyd edib.

Rusiya Müdafiə Nazirliyi hərbçilərin mülki nəqliyyatı hədəf aldıqlarını bilib-bilməməsi ilə bağlı şərh verməyib.

Ekspertlər qeyd edirlər ki, Ukraynanın Rusiya neft emalı zavodlarına silsilə hücumlarından sonra Moskva hətta mülki əhali arasında itkilər bahasına olsa belə, “cavab” nümayiş etdirməyə çalışır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri