Icma.az
close
up
RU
Rusiya Ukrayna səmasında “dron buludu”

Rusiya Ukrayna səmasında “dron buludu”

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

3 ildən çoxdur ki, Rusiyanın Ukraynaya hücumu ilə başlanan ağır müharibə davam edir. Eyni zamanda, son günlər ərzində Vaşinqtonun gərgin səyləri ilə tərəflərin tezliklə atəşkəsə imza atacaqlarına ümidlər də artır. Bununla bərabər, dünən rəqiblər qarşı tərəfin şəhər və kəndlərinə kəskin aviazərbələr endiriblər.

Ukrayna Müdafiə Nazirliyindən mediaya bildiriblər ki, gün ərzində Rusiya aviasiyası tərəfindən Ukrayna ərazisinə 39 dron atılıb, onlardan 28-i səmada zərərsizləşdirilib. Rusiya tərəfi isə rəqibin aviazərbələri barədə açıqlama verməyib.

Aprelin 3-də Rusiya aviasiyasının Ukraynanın Krivoy Roq şəhərinə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb. Bir gün qabaq isə Xarkov şəhəri ağır dron hücumuna məruz qalıb. Buradakı bir çox inzibati binalara və özəl mülklərə ciddi zərər dəyib. Xarkovun inzibati ərazisində və ətraf qəsəbələrdə 8 nəfərin yaralandığı məlum olub.

Bundan başqa, dünən Rusiya hərbçiləri Donetsk vilayətindəki Pokrovsk şəhərinə də ağır raket və dron zərbələri endiriblər. Pokrovskdan verilən məlumata görə, bu zaman 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Görünən budur ki, Rusiya Silahlı Qüvvələri bu mühüm strateji obyekti nəyin bahasına olursa-olsun ələ keçirməyə can atırlar.

Bir çox ekspertlər hazırda cəbhədə mövqe döyüşlərinin getdiyini bildirirlər. Rəqiblər, həmçinin uzaq məsafələri vuran raket və dron silahlarının “mübadiləsi” ilə məşğuldurlar. Məqsəd qarşı tərəfi hərbi, iqtisadi və texniki cəhətdən mümkün qədər çox tükəndirməkdir.

Ukrayna hərbçiləri də son günlər xeyli fəallaşıblar, onlar Rusiyanın şəhər və kəndlərini mümkün qədər tez-tez “rahatsız” etməyə çalışırlar. Dünən Rusiyanın Belqorod şəhəri yenidən aramsız dron zərbələrinə məruz qalıb. Orada dağıntıların olduğu barədə məlumatlar yayılıb. Canlı itkilərin olub-olmadığı haqqında isə informasiyalar daxil olmyaıb.

Ukrayna prezidenti V.Zelenski aprelin 3-də ölkəsinin hərbi strukturlarının rəhbərləri ilə görüşərək, Ukraynada xarici hərbi kontingentin yerləşdirilməsi ilə bağlı bir çox zəruri məsələləri müzakirə edib. Bəllidir ki, atəşkəs elan olunacağı təqdirdə Ukrayna ərazisində bir çox ölkələrin hərbçiləri yerləşdirilə bilər. Lakin bu məsələnin təfərrüatları bəlli deyil.

Bu arada Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyev Vaşinqtona səfər edib. Gündəmdə Ukrayna ilə bağlı müzakirələrdir. Dmitriyev eyni zamanda Vaşinqtona Kremlin tələblərini çatdıracaq.

Ağ ev Ukraynada atəşkəsin əldə olunması üçün bütün rıçaqları işə salmağa hazırdır. ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, Vaşinqton 30 günlük atəşkəsə nail olmaq istəyir. Onun sözlərinə görə, Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb. Belə bir addımın atılması üçün sadəcə iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır.

Kelloq, həmçinin bildirib ki, cənab Tramp həm Zelenski, həm də Putinlə əlaqə saxlayır və o, iki ölkə arasında razılaşma əldə edilə biləcəyinə əmindir. Yeri gəlmişkən, qlobal mediada ABŞ-ın NATO-nu tərk edəcəyi barədə xəbərlər yayılır. Dövlət katibi Marko Rubio deyib ki, dünya və yerli mediada Avroatlantik Alyans ilə bağlı yayılan “bəzi isterikalar” yersizdir: “Biz NATO-nun daha güclü olmasını istəyirik”.

Dünən qəzetimiz çapa hazırlanarkən məlum oldu ki, Ukrayna ordusu Donetsk vilayətinin Andreyevka qəsəbəsi ərazisində rusların 20-dən çox hərbçisini və 19 zirehli texnikasını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Ukrayna əsgərlərinin effektiv hücumlarının nəticəsi olaraq düşmənin zirehli texnikalarından 7-si tamamilə məhv edilib, 12-si isə zədələnib. Canlı qüvvəyə gəlincə, onların 18 hərbçisi öldürülüb, 7-si isə yaralanıb”, - məlumatda deyilir.

Göründüyü kimi, Ağ evin yeni sahibinin gərgin səylərinə baxmayaraq, Rusiya ilə Ukrayna arasındakı savaşı hələlik heç cür dayandırmaq mümkün olmur. Hər iki xalq bundan böyük əziyyət çəkir.

M.HACIXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri