Rusiya Ukraynada daha bir qəsəbəni ələ keçirdi
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Dvuretnaya qəsəbəsini ələ keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Nazirlik Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşıb. Açıqlamada, Rusiya ordusunun cəbhədə irəlilədiyi və mövqelərini gücləndirdiyi vurğulanıb. Məlumatda deyilir ki, Qərb Hərbi Qrupu hissələrinin qətiyyətli hərəkətləri nəticəsində Xarkov vilayətinin Dvureçnaya qəsəbəsi azad edilib.
Açıqlamaya görə, Ukraynanın 152 bölgəsində hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatları və pilotsuz dəniz nəqliyyat vasitələri istehsalı emalatxanasına və anbarlarına, eləcə də əsgər və hərbi texnikaya hücumlar təşkil edilib. Rusiya hava hücumundan müdafiə sistemlərinin 64 Ukrayna PUA-sını zərərsizləşdirdiyi qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 28 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















