Icma.az
close
up
RU
Rusiya Ukraynadan sonra bu ölkələrə hücum edəcək Sensasion

Rusiya Ukraynadan sonra bu ölkələrə hücum edəcək Sensasion

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Estoniyalı politoloq Peeter Taimin Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Cənab Taim, Rusiyanın Ukrayna siyasəti Baltikyanı ölkələr üçün hər hansı təhdid yaradırmı?

– Bəli, Rusiyanın siyasəti Baltikyanı ölkələr üçün tam və birbaşa təhlükə yaradır. Baltikyanı ölkələr Rusiya Federasiyası üçün ən “asan tikə”dir. Putində belə bir təsəvvür var ki, Baltikyanı ölkələrin heç biri Ukrayna ilə eyni səviyyədə müqavimət göstərmək iqtidarında deyil. Onu da qeyd etmək çox vacibdir ki, Putinə NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi ehtimalı rahatlıq vermir. Hətta Donald Tramp ABŞ prezidenti olduqdan sonra bu vəsvəsəsi daha da artıb.

– Ukrayna savaşı hələ qaynar fazada ikən bir çoxları Rusiyanın növbəti hədəfinin Polşa olduğunu deyir. Polşanı hansısa real təhlükə gözləyirmi?

– Xeyr, düşünürəm ki, onlar əvvəlcə bizə, Baltikyanı ölkələrə hücum edəcəklər. Rusiya təbliğatına baxsaq, aydın olur ki, hamı narahat olmalıdır, xüsusən də Rusiyanın qonşuları. Sadəcə hazırda Ukraynada döyüşlər davam edərkən Rusiya Federasiyasının hər hansı bir yerdə ikinci (və ya hətta üçüncü) cəbhə açmağa qərar verməyəcəyinə kiçik bir ümid var.

– Avropa İttifaqı (Aİ) liderlərinin mayın ortalarında Ukraynaya səfərləri gözlənilir. Həmçinin ehtimal olunur ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri 8 may tarixində Lvova səfər edə bilər. Bu görüşlərin mahiyyəti və əhəmiyyəti barədə fikir bildirərdiniz.

– Ukraynaya edilən bütün bu səfərlər çox önəmlidir. Şəxsən mənim üçün vacib məqamlardan biri (əlbəttə ki, digər mühüm məqamlarla yanaşı) mayın 9-da mavzoley tribunasına bir qrup cinayətkar toplaşdığı bir vaxtda 21-ci əsrin ən böyük təcavüzünün qurbanını dəstəkləməyə parlaq və sağlam qüvvələrin gəldiyini göstərməkdir.

– Qərb birliyi parçalana bilərmi? Bu halda Avropa dövlətləri üçün hansı risklər yarana bilər?

– “Qərb birliyi”nin dağılması ehtimalı yüksəkdir. Bu prosesə Rusiya Federasiyasının dağıdıcı və görünməmiş təsiri güclü təkan verir. Rusiya Qərbin həm siyasətçiləri, həm də adi seçiciləri arasında parçalanma yaratmaq üçün böyük məbləğdə vəsait xərcləyir. Əgər Qərb Rusiyadan enerji resursları almağı dayandırmasa, o zaman Qərb demokratik ölkələrinin cəmiyyətlərində xaos və çaşqınlıq yaratmağa hər zaman vəsaiti yetəcək. Bir neçə Qərb dövlətinin təcrübəsindən biz artıq görürük ki, seçicilər Rusiya Federasiyasının informasiya xarakterli psixoloji təsiri altına düşdüyü zaman hakimiyyətə hansı siyasi qüvvələr gəlir. Və təəccüblüdür ki, nədənsə bütün bu siyasi qüvvələr yekdilliklə Putinə və onun rejiminə aşiqdirlər. Qərb və ya Avropa İttifaqının dağılması bütün Qərb sivilizasiyası üçün böyük təhlükədir, çünki bu, rus təcavüzkarlarına qitə ölkələrini bir-birinin ardınca əsarət altına almaq imkanı verəcək. Bu çox acınacaqlı vəziyyətdən bir çıxış yolu da Rusiyadan nə isə almağı və onu maliyyə ilə təmin etməyi dayandırmaqdır.

– Rusiya-Ukrayna münaqişəsinin həllini necə görürsünüz?

– Münaqişənin həllinin yalnız bir yolu var – rus ordusunun bütün Ukrayna ərazisindən qovulması ilə tam hərbi məğlubiyyəti.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri