Rusiya Ukraynaının 4 vilayətini raket və dronlarla vurdu: yaralılar var
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mayın 24-nə keçən gecə Rusiya 14 ədəd “İskəndər-M/KN-23” ballistik raketindən istifadə etməklə Ukraynaya zərbə endirib. Nəticədə Kiyev, Dnepropetrovsk, Odessa və Zaporojye vilayətlərinə hücum edilib.
Modern.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində düşmən 250 “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə də hücuma keçib.
"Düşmən hücumunun əsas istiqaməti Ukraynanın paytaxtı Kiyev olub. Hava hücumu aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və pilotsuz sistemlər, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib", - məlumatda deyilir.
Saat 8:30-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində, şimalında, cənubunda və mərkəzində 6 ədəd “İsgəndər-M/KN-23” ballistik raketini (Kiyev) vurub, düşmənin “Şahed” tipli 245 PUA-sını (digər tipli pilotsuz uçan aparatları) zərərsizləşdirib.
Rusiya Ordusunun kamikadze tipli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Kiyev vilayətinin Brovarı rayonunda 54 yaşlı kişi və 50 yaşlı qadın yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 May 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















