Rusiya Ukraynanı atəşə tutmaqla diplomatiyanı baltalayır
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gecə ərzində Rusiya Silahlı Qüvvələri Ukraynaya onlarla hipersəs, ballistik və qanadlı raket, həmçinin yüzlərlə "Şahed" dronu buraxıb, kritik infrastruktura və dinc əhaliyə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində yazıb.
"Rusiya terrorçu zərbələrlə diplomatiyanı baltalamağa davam edir... Mülki əhali arasında qurbanlar var və enerji obyektləri zədələnib.
Bu terroru normallaşdırmaq olmaz, onu dayandırmaq lazımdır. Rusiya dünya ilə oynamalı deyil...
Beynəlxalq ictimaiyyətin (RF prezidenti Vladimir) Putini dayandırmaq üçün kifayət qədər təsir vasitələri var, xüsusən də (bu ölkənin - red.) iqtisadiyyatı artıq pis vəziyyətdədir", - paylaşımda qeyd olunub.
Sibiqa beynəlxalq ictimaiyyəti Rusiyaya sərt sanksiyalarla zərbə vurmağa çağırıb: "Onun enerji daşıyıcılarından gəlirlərinə, (sanksiyalardan - red.) yan keçmə sxemlərinə və texnologiyalara çıxışını kəsin və Putinin bu müharibəni dayandırmaqdan başqa seçimi qalmayacaq".
Baxış sayı:95
Bu xəbər 22 Fevral 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















