Rusiya Ukraynanın Cənub limanına zərbələr endirib: Qara dənizə yağ sızması baş verib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Ukraynanın Odessa vilayətindəki Cənub limanının infrastrukturuna qarşı hücumları nəticəsində Qara dənizin akvatoriyasına bitki yağının sızması qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasının teleqram kanalında bildirilib.
Qeyd edilib ki, hücumdan sonrakı ilk iki gün ərzində liman fasiləsiz atəşə məruz qalıb.
Eyni zamanda bildirilib ki, mütəxəssislər akvatoriyanın bonlarla mərhələli şəkildə bağlanmasını həyata keçiriblər. Təhlükəsizlik ilə bağlı vəziyyət sabitləşdikdən sonra bon maneələri tam quraşdırılıb.
Qurumdan qeyd edilib ki, söhbət üzvi maddə olan və təbii bioloji parçalanmaya məruz qalan bitki yağından gedir.
"Ukrayna Dəniz Limanları Administrasiyası bütün aidiyyəti xidmətlərlə birlikdə cari təhlükəsizlik və hava şəraitini nəzərə alaraq, çirklənmənin lokallaşdırılması və daha da yayılmasının qarşısının alınması üçün mümkün tədbirləri görür", - təşkilatın məlumatında bildirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Dekabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















