Rusiya Ukraynanın elə bir ərazisini ələ keçirdi ki… Bu, ikincisidir KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Ukraynanın Donetsk vilayətinin Şevçenko kəndində yerləşən və ölkənin ən perspektivli litium yatağı hesab olunan ərazini nəzarət altına alıb.
KONKRET.az xəbər verir ki, sözügedən yataqda yüksək minerallaşmış spodumen mövcuddur ki, bu da litiumun petalitlə müqayisədə daha asan çıxarılmasına imkan verir. Fransanın nüfuzlu “Le Figaro” nəşrinin yazdığına görə, bu, Rusiya tərəfindən Ukraynanın litium resurslarına qarşı strateji hücumun bir hissəsidir.
Ukraynalı alimlərin hesablamalarına əsasən, ölkədəki ümumi litium ehtiyatları təxminən 500 min ton təşkil edir. Bu isə o deməkdir ki, Ukrayna hazırda Avropanın ən iri yataqlarına sahib olan Portuqaliyadan daha çox litium potensialına malikdir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 İyun 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















