Rusiya Ukraynanın “Flamingo” raket obyektlərini hədəf aldı
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Müdafiə Nazirliyi Ukraynada “Flamingo” qanadlı raketlərinin istehsalında istifadə olunan obyektlərə zərbələr endirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin məlumatına görə, gecə saatlarında Ukraynaya qurudan, dənizdən və havadan yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirilib.
Bildirilib ki, zərbələr Kiyev və Kiyev vilayəti ilə yanaşı, Çerniqov, Kirovoqrad, Dnepropetrovsk, Poltava və Xarkov vilayətlərində yerləşən hərbi-sənaye obyektlərinə endirilib. Bu obyektlərin “Fire Point” şirkətinin fəaliyyəti çərçivəsində “Flamingo” qanadlı raketlərinin, həmçinin uzun və orta mənzilli PUA-ların istehsalı və saxlanması üçün istifadə edildiyi qeyd olunub.
Rusiya tərəfi, həmçinin Odessa vilayətində liman və gəmi təmiri infrastrukturunun, eləcə də Ukrayna ordusunun maraqları üçün istifadə olunan dəniz gəmilərinin hədəfə alındığını bildirib.
Nazirliyin digər açıqlamasında isə Rusiya hava hücumundan müdafiə sistemlərinin gecə ərzində müxtəlif bölgələrdə 311 Ukrayna PUA-sını məhv etdiyi iddia olunub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 Oktyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















