Rusiya Ukraynanın logistika mərkəzlərinə zərbələr endirdi
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rusiya ordusu Ukraynanın bir sıra logistika mərkəzlərinə, həmçinin yanacaq, enerji və liman infrastrukturu obyektlərinə növbəti zərbələr endirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyat-taktiki aviasiya, raket qoşunları, artilleriya və pilotsuz uçuş aparatları tərəfindən Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi logistika mərkəzlərinə, istehsalat obyektlərinə və PUA saxlama məntəqələrinə, həmçinin yanacaq, enerji, nəqliyyat və liman infrastrukturuna zərbələr endirilib.
Qeyd olunur ki, iyul ayında Rusiya qüvvələri Odessa və Nikolayev liman infrastrukturuna zərbələri gücləndirib.
Rusiya Müdafiə Nazirliyi vurğulayır ki, zərbələr hərbi yük daşıyan gəmilərə və Ukrayna ordusu üçün yanacaq saxlanılan anbarlara yönəldilib.
Belə ki, iyulun 25-nə keçən gecə Nikolayev limanında quru yük gəmisi, Odessa limanında bir neçə liman infrastrukturu obyekti və İzmail limanında hərbi təchizat saxlanılan anbar vurulub.
Əhməd
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 İyul 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















