Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə TUTDU
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernihiv vilayətinin Semenivka şəhərinin yaşayış massivini atəşə tutması nəticəsində yeddi nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bunu regionun vilayət dövlət administrasiyasının sədri Vyaçeslav Çaus teleqramda bildirib.
“Yanvarın 4-ü axşamı rusiyalılar sərhədyanı Semenivka şəhərinə 4 İAB (idarəolunan aviasiya bombası – red.) atıblar. Mərkəzi hissəni, yaşayış massivini nişan almışdılar. Saat 23:00-a (Bakı vaxtı ilə 00:00 – red.) olan vəziyyətə görə, ilkin olaraq yeddi yaralı məlumdur, onlara lazımi yardım göstərilir”, – o yazıb.
Administrasiya sədri ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.
“İnzibati bina, kafe, yaşayış evləri və dinc sakinlərin avtomobillərinə ziyan dəyib”, – Çaus qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Yanvar 2025 03:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















