Icma.az
close
up
RU
Rusiya Ukraynaya hələ konkret nə güzəşt edəcəyini demir ŞƏRH

Rusiya Ukraynaya hələ konkret nə güzəşt edəcəyini demir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kreml bəzi məsələləri sırf masa arxasına saxlayır


ABŞ rəsmiləri, vacib fiqurlar Trampın siyasətini açıq şəkildə ortaya qoyurlar. Avropanın burada lazım olmadığını söyləyirlər

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 61-ci Münhen Konfransındakı çıxışında Avropa liderlərini sərt şəkildə tənqid edərək, onları ifadə azadlığını pozmaqda ittiham edib. Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını "uyğun siyasi tərəfdaş" olaraq dəstəklədiyini söyləyən Vens, əlavə edib: "Demokratiya xalqın səsinin vacib olduğu müqəddəs prinsipinə əsaslanır. Bu qitədə heç bir seçici seçkiyə getmədi və milyonlarla immiqrantın qapılarını açmadı". 

Almaniya kansleri Olaf Şolts isə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyən açıqlamalarına sərt reaksiya verib. Şolts deyib ki, AfD-nin lehinə demokratiyaya, seçkilərə və demokratik rəy formalaşmasına müdaxiləni qəbul etməyəcəklər: "Bu tamamilə yersizdir, xüsusən də dostlarımız və müttəfiqlərimiz arasında bunu necə davam etdirəcəyimizə qəti şəkildə qərar verəcəyik". Almaniyada ümumi seçkilər fevralın 23-də keçiriləcək. Maraqlıdır ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa liderlərinə qeyri-adi metafora ilə müraciət edərək onları maralla müqayisə edib. Ştaynmayer bildirib ki, Avropa faralarda donmuş maral kimi davranmamalıdır: "Avropa passiv müşahidəçi deyil, beynəlxalq proseslərin fəal iştirakçısıdır". O, Qərb ölkələrinin böhranları aradan qaldırmaq üçün kifayət qədər gücə və təsirə malik olduğunu, lakin bunun üçün onlar qətiyyətlə hərəkət etməli və “soyuq qorxuya” boyun əyməməli olduqlarını vurğulayıb. Siyasətçi həmkarlarını qlobal çağırışlar qarşısında iradə iflicindən qaçmağa çağırıb: “Qorxu bizi geri saxlamamalıdır. Biz reallığı formalaşdırmaq iqtidarındayıq, nəinki ona reaksiya veririk”. Onun fikrincə, Avropanın birliyi və strateji müstəqilliyi müasir geosiyasi problemlərin həllinin açarıdır. 


Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl deyib ki, bəzi avropalılar Vensin bu cür çıxışını hətta bəyəndilər ki, bəlkə Avropa ayıldı. Politoloq vurğulayıb ki, həqiqətən də Avropa "donmuş maral" kimi hərəkətsiz görünür: 

"Münhen Təhlükəsizlik Konfransında cəmi iki fakt irəli sürüldü. Bir Rumıniya ilə bağlı danışıldı, bir də Böyük Britaniyada keçirilən etiraz aksiyasında kiminsə min pound cərimələnməsindən, jurnalistlərə maneə yaradılmasından söz açıldı. Halbuki, bir həftə əvvəl "Associated Press" agentliyinin jurnalistlərinin Ağ Evə girişi məhdudlaşdırılmışdı. Buna səbəb Agentliyin Trampın son göstərişlərinə uyğun olaraq “Meksika körfəzi” əvəzinə “Amerika körfəzi” ifadəsindən istifadə etmək istəməməsi olub. Yəni özləri buna əməl etmirlər. Vensin çıxışı vitse-prezidentin açıqlamasından daha çox sanki "Freedom House"nin, hansısa ombudsmanın yanaşması idi. Məncə, Münhen Təhlükəsizlik Konfransı belə çıxışların yeri deyil. Zalda əyləşənlərin əsas gözləntisi Ukrayna-Rusiya müharibəsi ilə bağlı idi. Bunun əvəzinə İlon Maskdan sitat gətirirdilər. Başa düşürəm, Vens perspektivdə fikirləşir ki, onsuz da Tramp bir də seçilməyəcək, Maskın pulları ilə onun prezident seçilməsi mümkün ola bilər. 19 dəqiqəlik çıxışında əsas hədəfi Avropa oldu, Ukraynadan danışmadı. 3 ildir ki, müharibə gedir və üç ildə ABŞ, NATO ölkələri məsələnin güc yolu ilə həllinin əleyhinə olublar, barışmaz mövqe sərgiləyiblər. Hazırda məsələ başqa cürdür. İndi deyirlər ki, Ukrayna 2014-cü il sərhədlərini bərpa edə bilməyəcək və s. Söhbət Avropanın aşağılanmasından, Rusiya ilə danışıqlardan tamamilə kənarda saxlanmasından, Ukraynanın iştirakının isə "iştirak edə bilər" cümləsi ilə qeyri-müəyyən vəziyyətə salınmasından gedir. Danışıqlar başlamadan öncə bəri başdan güzəştlərin elan edilməsi zəiflikdir. Rusiya hələ konkret nə güzəşt edəcəyini, nə əldə etmək istədiyini açıq şəkildə demir, çünki masa arxasına saxlayır. Amma ABŞ rəsmiləri, vacib fiqurlar Trampın siyasətini açıq şəkildə ortaya qoyurlar. Avropanın burada lazım olmadığını söyləyirlər". 

Ekspert bəyan edib ki, Ukrayna Avropanın bir parçasıdır və Avropa öz təhlükəsizliyi üçün Ukraynanın təhlükəsizliyini öndə görür: "Faktiki olaraq Rusiya ilə Qərbi Avropanın arasında Ukrayna böyük bir ölkədir. Ukraynanın təhlükəsizliyi perpektivdə həm də Ukraynanın təhlükəsizliyi deməkdir. Onsuz da 3 il ərzində Avropa Ukraynaya hərtərəfli dəstək verib. Bütövlükdə Avropa İttifaqı bundan sonra da Kiyevə dəstəyi artıracaq. Almaniya Ukraynada üçüncü zavodu tikib, dron istehsal edirlər. Zavod 1 ildə 3 milyonadək dron istehsal etmək gücündədir. Zelenskinin bir az ötkəm və inamlı danışmasının səbəbi Avropanın gücünə inanmasıdır. Başda Zelenski olmaqla onun komandasından heç kim Ukraynasız sülhə, yəni "psevdosülhə" razı deyil. Hər halda Tramp öz siyasətində müəyyən korrektələr edəcək. Səudiyyə Ərəbistanında gedən danışıqlarda da müəyyən korrektələr gözlənilir".


İ.İsmayıl qeyd edib ki, Rusiya da müharibənin dayanmasını istəyir, amma indiki vəziyyətin qalmasına çalışır: 

"Hara qədər işğal edibsə, həmin əraziləri özündə saxlamaq istəyir. Ən azından çalışır ki, sonrakı məsələlər diplomatik danışıqlar mövzusuna çevrilsin. Ortada sülh yoxdur, atəşkəsdən söhbət gedir. Ukrayna iştirak etmədən, Kiyev istəmədən sülhün əldə olunması mümkünsüzdür. Rusiya prezidenti Putinin bir çıxışı var idi. Kreml rəhbəri deyirdi ki, "onlara patron verməyin, biz məsələni həll edək". Zelenski isə bildirdi ki, Ukraynanın təhlükəsizliyinin ən ucuz yolu NATO-dan keçir. Hazırda mövqelər çox təzadlı, ziddiyyətlidir. Rusiya çox şey istəyə bilər. Amma ABŞ-nin onların hamısına razılıq verəcəyi inandırıcı deyil. ABŞ istəyir ki, müharibə dayansın və ondan sonra uzunmüddətli danışıqlar başlasın". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri