Icma.az
close
up
RU
Rusiya Ukraynaya “İskenderM” ballistik raketi ilə zərbə endirib, 8 ölü, 40dan çox yaralı var

Rusiya Ukraynaya “İskenderM” ballistik raketi ilə zərbə endirib, 8 ölü, 40dan çox yaralı var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə “İskender-M” raketəri ilə zərbə enidirib.

APA UNİAN-a istinadən xəbər verir ki, zərbə nəticəsində ən azı 8 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Məlumatda bildirilir ki, Rusiyanın Odessaya atdığı “İskender-M” ballistik raketi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

“Təəssüf ki, vurulmuş raket Odessa şəhərinin Primorsk rayonunda yaşayış məhəlləsində düşüb. Binada və ətraf ərazidə yanğın olub. Xeyli sayda ölən və yaralanan var”, - deyə məlumatda qeyd olunur.

Odessa Vilayət Adminsitrasiyaslnın rəhbəri Oleq Kiper bildirib ki, ilkin məlumata görə, 8 nəfər həlaki olub, xeyli yaralı var. O, həlak olanlar arasında mülki şəxslərin polislərin və tibb işçilərinin olduğunu da əlavə edib.

seeBaxış sayı:55
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri