Rusiya Ukraynaya kütləvi hava zərbələri endirib FOTOLAR
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Rusiya ordusu sentyabrın 19-dan 20-nə keçən gecə Ukraynanın bir sıra böyük şəhərlərinə kütləvi şəkildə dron və raketlərlə hücum edib, ölənlər və yaralananlar var.
"Cebheinfo.az" AZƏRTAC-a stinadən xəbər verir ki, Ukraynanın Dnepropetrovsk vilayətinə Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə edilən kütləvi hücum nəticəsində 1 nəfər həlak olub, 26-sı yaralanıb. Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak sosial media hesablarında məlumat yayıb. "Yaralıların 14-ü orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 1 nəfərin vəziyyəti ağırdır", - deyə Lısak əlavə edib. Onun sözlərinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində Dneprdə bir neçə yanğın baş verib, hündürmərtəbəli yaşayış binasına ziyan dəyib.
Rusiyanın hava zərbəsi nəticəsində Xmelnits vilayətində də dağıntılar qeydə alınıb. Xmelnits vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Tyurin bildirib ki, hava hücumu nəticəsində Dunayev yaşayış məntəqəsində fərdi evdə yanğın baş verib, nəticədə 1 nəfər həlak olub, 2-si xəsarət alıb. Ümumilikdə 20 dən çox yaşayış binasına ziyan dəyib.
Hava zərbələri nəticəsində Kiyev, Odessa və Nikolayev vilayətlərində də yaşayış və strateji infrastrukturlara zərər vurulub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 20 Sentyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















