Rusiya və ABŞ arasında qeyri rəsmi əlaqələr dialoqun vacib elementi olaraq Peskov
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya və ABŞ arasındakı qeyri-rəsmi əlaqələr iki ölkə arasında dialoqun hələ də mühüm tərkib hissəsi olaraq qalır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu əlaqələr xüsusilə ABŞ-nin Rusiyaya qarşı bir sıra dost olmayan addımlar atdığı dövrdə daha da önəmlidir.
Peskov əlavə edib ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ-a səfəri bu uzun prosesdə “kiçik, lakin vacib bir addım” kimi qiymətləndirilir. O vurğulayıb ki, belə işlər üçün çox səbir və diqqət tələb olunur.
Bu səfər və qeyri-rəsmi əlaqələr, ekspertlərin fikrincə, iki ölkə arasında münasibətlərin tədricən normallaşdırılmasına xidmət edə bilər və dialoqu davam etdirmək üçün vacib vasitədir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 27 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















