Rusiya və ABŞ görüşünün təfərrüatları açıqlandı: tarix, gündəm, suallar…
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya və ABŞ nümayəndə heyətləri aprelin 10-da İstanbulda səfirliklərin fəaliyyətinin bərpa edilməsini müzakirə edəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya və ABŞ nümayəndələri arasında yaxın günlərdə Türkiyədə danışıqların növbəti mərhələsi keçiriləcək. Bu görüş, həmçinin, iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması məsələsinə həsr olunacaq.
Rusiya nümayəndə heyətinə ABŞ-dakı səfir Aleksandr Darçev rəhbərlik edəcək, ABŞ nümayəndə heyətinin başçısı isə Avropa məsələləri üzrə Dövlət Departamentinin müavini Sonata Kolter olacaq.
Xatırladaq ki, əvvəlki görüş 27 fevral tarixində İstanbulda baş tutmuşdu və mətbuata qapalı keçirilmişdi. Görüşün nəticələri açıqlanmasa da, ABŞ tərəfi bildirmişdi ki, iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üçün addımlar atılması qərara alınıb. Rusiya XİN isə o vaxt ABŞ-a iki ölkə arasında birbaşa aviasiya əlaqələrinin bərpasını təklif etdiyini bildirmişdi.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 08 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















