Rusiya və ABŞ nümayəndələri İstanbulda 6 saat nələri müzakirə edib?
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Federasiyası ilə ABŞ arasında İstanbulda keçirilən görüş iki ölkənin diplomatik nümayəndəliklərinin işinə həsr olunub; Ukrayna böhranı və əməkdaşlığın genişləndirilməsi məsələləri qaldırılmayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Bu, İstanbulda ikitərəfli əlaqələr və Rusiya və ABŞ-nin səfirlikləri ilə bağlı texniki görüşdür”, o, jurnalistlərin görüşü şərh etmək xahişini cavablandırarkən deyib. “Yenə də deyirəm, bunun Ukrayna ilə heç bir əlaqəsi yoxdur, münasibətlərimizin genişləndirilməsi ilə heç bir əlaqəsi yoxdur”, - deyə Bryus davam edib. O vurğulayıb ki, görüş "iki ölkənin səfirlikləri, onları idarə etmək və ümumiyyətlə diplomatik nümayəndəliklərdən gözlənilən işlərin aparılması bacarığı" ilə bağlı olub.
Qeyd edək ki, İstanbulda məsləhətləşmələrin ilk raundu fevralın 27-də baş tutub. Sonra bağlı qapılar arxasında söhbət 6 saatdan çox davam edib.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 Aprel 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















