Rusiya və Almaniya ilə ticarət dövriyyəsində kəskin azalma olub
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon 30,6 min dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 3 milyard 664 milyon 899 min dollarını ixrac, 2 milyard 599 milyon 131,5 min dollarını idxal təşkil edib.
Əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ilin ilk iki ayında İtaliyaya 1 milyard 813 milyon 454 min dollar dəyərində məhsul (xam neft) ixrac olunub.
Xarici ticarət dövriyyəsində Azərbaycanın 6 əsas ticarət tərəfdaşı olan ölkələr aşağıdakı kimi olub:
İtaliya – 1 813 454,4 min dollar;
Türkiyə – 877 117,5 min dollar;
Çin – 779 409,1 min dollar;
Rusiya – 499 979,4 min dollar;
Gürcüstan – 176 596,4 min dollar;
Almaniya – 175 525,3 min dollar.
Onu da qeyd edək ki, Rusiya və Almaniya ilə ticarət dövriyyəsində kəskin azalma olub. Belə ki, ötən ilin ilk iki ayıda Rusiya ilə ticarət dövriyyəsi 997 milyon 941 min, Almaniya ilə ticarət dövriyyəsi isə 485 milyon 359,6 min dollar təşkil edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Rusiya ilə Almaniya arasında ticarət ÇÖKÜR
13 Dekabr 2024 17:15
İtaliya ilə ticarət dövriyyəsində ciddi azalma var
04 Aprel 2026 09:59
Almaniyanın xarici ticarət dövriyyəsində azalma qeydə alınıb
09 İyul 2025 09:43
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
03 Aprel 2026 11:57
Almaniya Rusiya ilə döyüşmək istəmir...
03 Dekabr 2024 00:59
Baxış sayı:109
Bu xəbər 17 Mart 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















