Rusiya və Azərbaycan Xəzərlə bağlı saziş imzalaya bilər
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üzrə Rusiya-Azərbaycan proqramının gələn ilin birinci rübündə qəbul edilməsi planlaşdırılır.
Axar.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.
A.Kozlov qeyd edib ki, Xəzər dənizinin səviyyəsinə əsasən iqlim faktorları təsir edir:
“Dənizə axan çayların axınındakı təbii dalğalanmalar və onun səthindən buxarlanmanın intensivliyi də təsir edən faktordur. Yəni, səviyyə iqlim dəyişikliyindən təsirlənir. Onu da dayandırmaq mümkün olmur. Yalnız davam edən dəyişikliklərə uyğunlaşa bilərsiniz. Məhz bu uyğunlaşma tədbirlərini biz 2025-ci ilin birinci rübündə qəbul edəcəyimiz Rusiya-Azərbaycan proqramımıza daxil edəcəyik”.
Həmçinin görüş zamanı tərəflər ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin bağlanmasını da müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Dekabr 2024 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















