Icma.az
close
up
RU
Rusiya və Çin liderləri Trampın zəif tərəflərini öyrənir

Rusiya və Çin liderləri Trampın zəif tərəflərini öyrənir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya lideri Vladimir Putin və Çin rəhbəri Si Cinpin ABŞ prezidenti Donald Trampın öz “sövdələşmə strategiyasından” özünə qarşı istifadə edirlər.
Reyting.az
xəbər verir ki, bunu politoloq və Pentaqonun Çin məsələləri üzrə keçmiş direktoru Cozef Bosko bildirib.
C. Bosko deyib ki, Tramp ABŞ-nın iqtisadi tərəfdaşlarını və müttəfiqlərini acgözlükdə və istismarda ittiham etməklə aqressiv tarif siyasətini əsaslandırır.
Onun sözlərinə görə, Tramp keçən həftə “Azadlıq günü” elan edərkən, “dost çox vaxt düşməndən daha pisdir”,- dedi. “Tramp daha əvvəl hətta Avropa İttifaqının ABŞ-ı ələ salmaq üçün yaradıldığını iddia edib. Lakin Tramp kütləvi ticarət kəsirində xarici hökumətləri günahlandırmır, bunun əvəzinə “axmaq” və “pafoslu dərəcədə zəif” sələfləri, əsasən demokratları, həm də adına layiq olmadığını söyləyən respublikaçıları ittiham edir”, -deyə mütəxəssis əlavə edib.
Basko xatırladır ki, 1987-ci ildə yazdığı “The Art of the Deal” kitabında Tramp özünün radikal açılış mövqeləri tutmaq və sonra güzəşt illüziyasını yaradaraq bir qədər daha yaxşı şərtlərlə razılaşma əldə etmək kimi danışıqlar taktikasını təsvir edib: “Tramp müttəfiqlərinə təhlükəsizlik sahəsi də daxil olmaqla, Amerika resurslarının istehlakçısı kimi baxır. Bununla belə, Trampın danışıqlar tərzi ABŞ-nın rəqiblərinə gəldikdə köklü şəkildə dəyişir. İlk səlahiyyət müddətində o, Si Cinpini dostu adlandırdı və hətta Amerika iqtisadiyyatını ciddi şəkildə sarsıdan pandemiyadan sonra da Çin liderinə güvəndiyini israr edib. Tramp xarici siyasətə ikili yanaşmasını Ukraynadakı müharibənin timsalında aydın şəkildə nümayiş etdirir. O, münaqişənin qızışdırılmasında Qərbin və Ukraynanın günahkar olduğuna inanaraq, hətta atəşkəs əldə edilməmişdən əvvəl hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. O, prezident Zelenskini təhlükəsizlik zəmanəti olmadan ultimatum təklifindən imtina etdiyinə görə tənqid etdi. Bundan sonra o, Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandırıb. Zelenski razılaşmaq məcburiyyətində qalanda, Tramp birtərəfli qaydada şərtləri daha ağır şərtlərə dəyişdi və bu, əvvəlki imtinaya görə cəza kimi görünürdü. Putin bütün bunlardan öz xeyrinə istifadə etdi. O, təfərrüatların müzakirəsini qeyri-müəyyən gələcək tarixə təxirə salaraq, “prinsipcə” atəşkəsə razı olduğunu söylədi. Eyni zamanda, o, ərazi iddialarını genişləndirərək, yeni şərtlər irəli sürərək Ukraynanın dinc əhalisinə hücumlarını davam etdirirdi. Bundan əlavə, Putin Trampa “güclü danışıqlar aparan” obrazını ələ salaraq ona yaltaq bir portret tapşırıb və hədiyyə edib”.
Bosko deyir ki, bütün bunlar Trampın hərəkətlərini izləyən və yeni geosiyasi oyuna hazırlaşan Si Cinpinin diqqətini çəkib. Çin artıq Tayvan yaxınlığında hərbi təlimləri gücləndirmişdi - hələ Tramp açıq şəkildə Ukraynanın suverenliyinə məhəl qoymadan əvvəl: “Cinpinin növbəti addımı qarşılıqlı rəğbət illüziyasını saxlamaq və xüsusilə Nikson-Kissincer dövrünün köhnə diplomatiyası fonunda Tayvanın statusu haqqında dezinformasiyanı aktiv şəkildə yaymaq olacaq. Sonradan Çin real addım ata bilər - məsələn, Kinmen-Kumoy adası ələ keçirə bilər və ya iqtisadi blokada tətbiq edə bilər. Buna cavab olaraq Pekin nüvə müharibəsi ilə təhdid edə bilər, Cinpin isə fəlakətin qarşısını almaq üçün “dost” Trampla danışıqlar aparmağı təklif edə bilər. Tayvan, Trampın təsiri altında olan Ukrayna ilə oxşar təcrid vəziyyətinə düşmək riski daşıyır. Bunun qarşısını almağın yeganə yolu Trampın açıq və birmənalı şəkildə ABŞ-ın Tayvanı müdafiə etməyə hazır olduğunu bəyan edərək, müharibənin qarşısını almaq üçün məsuliyyəti Çinin üzərinə qoymasıdır”.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri