Icma.az
close
up
RU
Rusiya və İranın dostu təhlükədə: Son 100 ildə ilk yaşanır Raketlər göndərildi

Rusiya və İranın dostu təhlükədə: Son 100 ildə ilk yaşanır Raketlər göndərildi

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin son 100 ildə ABŞ tərəfindən ən böyük işğal təhlükəsi ilə üz-üzə olduğunu deyib.

Maduro 1200 raketi olan 8 döyüş gəmisi və bir nüvə sualtı qayığının Venesuelaya yönəldildiyini bildirib. Prezidentin sözləri son zamanda Ağ Evlə müşahidə olunan gərginlik və ABŞ-ın bu ölkədə əməliyyat anonsları fonunda narahatlıq doğurub.

ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsi mümkündürmü? Ehtimal hücum zamanı Venesualının yanında hansı dövlətlər yer ala bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, ABŞ uzun illərdir (xüsusilə Çavez və Maduro dövründə) Venesuelaya təzyiq göstərir:

“Bu təzyiqlər əsasən iqtisadi sanksiyalar, diplomatik təcrid və müxalifəti dəstəkləmə xətti ilə həyata keçirilir. Birbaşa hərbi müdaxilə isə ABŞ üçün son dərəcə risklidir:

Birincisi, Latın Amerikası ölkələrinin əksəriyyəti (xüsusilə Braziliya, Meksika, Kolumbiya) belə bir addımı dəstəkləməz. ABŞ-da ictimai rəy də İraq və Əfqanıstan təcrübələrinə görə yeni bir müharibəyə qarşıdır. Həmçinin Çin və Rusiya Venesuelada ciddi maraqlara malikdir və mümkün müdaxilə böyük güclər arasında qarşıdurmaya səbəb ola bilər.

Bütün bu amilləri nəzərə alsaq, Venesuelanın genişmiqyaslı işğal olunması ehtimalı olduqca zəifdir, hətta yaxın perspektivdə bu ehtimal demək olar ki, sıfıra bərabərdir.

Siyasi şərhçinin sözlərinə görə, hərbi təzyiq variantı gündəmə gələrsə, əsas hədəflər aşağıdakılar ola bilər:

Venesuelanın nəhəng neft ehtiyatlarını nəzarət altına almaq; Maduro hökumətini devirmək və ABŞ-a yaxın müxalifət qüvvələrini hakimiyyətə gətirmək; Latın Amerikasında geosiyasi mövqelərini gücləndirmək və Çinlə Rusiyanın təsirini zəiflətmək.


Anar İsayev

A.İsayev əlavə edib ki, ehtimal hücum zamanı Venesuelanın yanında ola biləcək bir neçə dövlət var:

Rusiya uzun illərdir Maduroya hərbi-texniki dəstək verir. Silah satışı, hərbi təlimlər və məsləhətçi qruplar vasitəsilə Karakasa yardım edir.

Çin isə əsasən iqtisadi və maliyyə dəstəyi ilə çıxış edir. Çin şirkətləri Venesuelaya böyük investisiyalar yatırıb və kreditlər verib. Pekin bu ölkənin neftini itirmək istəmir, eyni zamanda BMT-də siyasi dəstək də göstərə bilər.

İran da enerji və hərbi texnologiya sahəsində əməkdaşlıq edərək Karakasın yanında yer alar.

Kuba və Nikaraqua daha çox siyasi və məhdud hərbi dəstək göstərə bilərlər.

Ümumiyyətlə, ABŞ-ın Venesuelaya qarşı birbaşa işğal ssenarisi real deyil. Lakin təzyiq, sabotaj, sanksiyalar və dolayı yollarla destabilizasiya cəhdləri mümkündür. Belə bir halda, Venesuela öz təhlükəsizliyini əsasən Rusiya, Çin və İranın dəstəyi ilə təmin etməyə çalışacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri