Icma.az
close
up
RU
Rusiya və Oman arasında vizasızlıq sazişi imzalanıb

Rusiya və Oman arasında vizasızlıq sazişi imzalanıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Rusiya ilə Oman arasında qarşılıqlı viza imtiyazı barədə imzalanan razılaşma 18 iyul tarixində qüvvəyə minir.

"Cebheinfo.az" xəbər verir ki, bu razılaşma çərçivəsində hər iki ölkənin vətəndaşları 90 günədək olan səfərləri üçün artıq viza almaq məcburiyyətində olmayacaqlar.

Razılaşmanın detalları göstərir ki, turizm, işgüzar səfərlər və ya ailə görüşləri məqsədilə edilən səfərlərdə viza tələbi ləğv ediləcək.

Diplomatik, xidməti və adi pasport daşıyıcıları bu tətbiqdən yararlana biləcəklər. Vizasız qalma müddəti isə 90 günlə məhdudlaşdırılıb.

Bu inkişafın iki ölkə arasındakı ticarət həcmini və turizm axınını artıracağı gözlənilir.

Rusiyalı turistlər üçün Omanın mavi sahilləri və səhra safari turları daha cəlbedici hala gələcək, Ommanlı iş adamlarının isə Rusiyanın enerji və infrastruktur layihələrinə çıxışı asanlaşacaq.

Mütəxəssislər bildirirlər ki, bu addımdan sonra birbaşa uçuşların artırılması da gündəmə gələ bilər.

Rusiya üçün bu razılaşma, Qərbin sanksiyalarından sonra yeni qlobal tərəfdaşlar axtarışının bir hissəsi kimi qəbul edilir və Omanın neytral xarici siyasəti ilə uyğunluq təşkil edir.

İki ölkə arasında münasibətlərin inkişafı istiqamətində atılan bu addımın gələcəkdə vizasız qalma müddətinin artırılması, ticarət müqavilələrinin müxtəlifləşdirilməsi və mədəni əməkdaşlıq proqramlarının genişləndirilməsi kimi yeni inkişaflara qapı aça biləcəyi düşünülür.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri