Rusiya və Ukrayna arasında yeni danışıqlar gələn həftə baş tuta bilər
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya və Ukrayna arasında birbaşa danışıqların ikinci raundu gələn həftə baş tuta bilər.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Avropa İitifaqı (Aİ) ölkələrinin diplomatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda danışıqlar üçün potensial məkan kimi Vatikanın rolu müzakirə olunur. Lakin görüşün yeri ilə bağlı hələ dəqiq razılaşma yoxdur.
Məlumata görə, ABŞ nümayəndələri Rusiya ilə danışıqların növbəti mərhələsinə hazırlıqla bağlı Ukrayna tərəfi ilə əlaqə saxlayırlar.
Qeyd olunub ki, Rusiya danışıqların davam etdirilməsi üçün ən yaxşı variant kimi İstanbulu nəzərdən keçirir.
Xatırladaq ki, ötən gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Vatikanda Ukrayna üzrə danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı hələlik razılaşma yoxdur.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















