Rusiya və Ukrayna danışıqlar masasına oturur
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Rusiya və Ukrayna xüsusi xidmət orqanları arasında konfedensial aparılan danışıqların nəticəsidir ki, V. Putin Vladivostokda inkar etdiyi Ukrayna Dövləti ilə ikitərəfli danışıqlar aparmaq və razılığa gəlməyi qeyd etdi. Avqust ayında Ukrayna rəsmiləri bir neçə dəfə Moskvada olublar və tərəflər arasında aparılan danışıqlarda ABŞ-ın yenidən vasitəçiliyi ilə üçtərəfli formatda atəşkəs və sülh razılaşması müstəvidində danışıqlara rəsmi başlamaq barədə razılığa gəliblər.
Ukraynanın Rusiyaya zərbələri Rusiyanı danışıqlar masasına oturmağa məcbur etdi. Ukrayna kifayət qədər Rusiyanın enerji və strateji əhəmiyyətli neft bazalarına zərbələr endirdi. Rusiya iqtisadiyyatı tənəzzülə gedir.
Rusiya prezidenti hazırkı baş tutan danışıqları yenidən manipulyasiya edəcəksə, ABŞ Ukraynaya ölümcül və hücum silahları verəcək. Həmçinin Rusiya iqtisadiyyatına ciddi sanksiyalar tətbiq edəcək.
Rusiya Donbasin işğal olunmamış ərazilərindən Ukraynanın çıxmasını tələb edir. Hazırda əsas problem budur. Ukrayna ordusunu geri çəkərsə, atəşkəs olacaq. Atəşkəsdə Ukraynada seçki deməkdir. Seçkidə torpaqları Rusiyaya güzəştə getdiyinə görə V. Zelenskinin məğlub olması və həbsə getməsi deməkdir. Ukrayna tərəfi Rusiyanın bu planın Ukrayna üçün mənfi ssenari olduğunu çox yaxşı bilir. Ukrayna ordusunun Donvasdan döyüşsüz çıxması dövlətin zəifləməsi və ordunun parçalanmasına gətirib çıxara bilər. İki tərəf üçün ən optimal variant hazırkı mövqedə durmaqla atəşkəs rejiminə keçməkdir. ABŞ hazırda bunun üzərində işləyir.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Bu mövzuda digər xəbərlər:Tramp anonsu verdi Rusiya və Ukrayna danışıqlar masasına oturur
14 Fevral 2025 02:28
Ağ Ev açıqladı: Rusiya, Ukrayna və ABŞ danışıqlar masasına oturur
22 Yanvar 2026 21:58
Putin: Rusiya Ukrayna üzrə danışıqlar masasına qayıtmağa hazırdır
19 Fevral 2025 18:34
Ukrayna və Rusiya danışıqlar masasına oturdular: İstanbulda nə qərar verildi
17 May 2025 14:30
Rusiya: Ən qısa zamanda Ukrayna ilə danışıqlar masasına oturacağıq
28 May 2025 14:08
Baxış sayı:134
Bu xəbər 06 Sentyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















