Icma.az
close
up
RU
Rusiya və Ukrayna danışıqları yenidən İstanbulda ola bilər

Rusiya və Ukrayna danışıqları yenidən İstanbulda ola bilər

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya 2022-ci il İstanbul sənədi əsasında aparıla biləcək Ukrayna nizamlanması üzrə ciddi müzakirəyə hazırdır, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polisçuk bildirib.
O xatırladıb ki, sazişlərdə Ukraynanın neytral, bloklara qoşulmamış, qeyri-nüvə statusu, habelə onun demilitarizasiyası və denazifikasiyası, onun ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi məsələləri müzakirə olunub.
“Bundan əlavə, danışıqlara başlamaq üçün Zelenskinin qeyri-legitimliyi və onlara qadağa qoyan fərmanı ilə bağlı hüquqi aspektlər həll edilməlidir”, - diplomat deyib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat vermişdi ki, Qərb ölkələri Ukraynadakı münaqişə ilə bağlı Rusiya ilə danışıqlara başlamaq və onun mərhələli həlli ideyasına getdikcə daha çox maraq göstərirlər.
Hələ ötən il Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun deyib ki, Türkiyə Ukrayna münaqişəsinin nizamlanmasında, o cümlədən münaqişə tərəfləri arasında danışıqlar üçün öz ərazisini verməklə istənilən yardımı göstərməyə hazırdır.
Altun xatırladıb ki, Rusiya və Ukrayna nümayəndələri Türkiyənin vasitəçiliyi ilə 2022-ci ilin martında İstanbulda danışıqlar aparıb, əlavə olaraq taxıl müqaviləsi bağlanıb: “İstanbul sülh platforması kimi irəli sürüldü və bu, beynəlxalq aləmdə müsbət qarşılandı. Ölkələrin İstanbulda yenidən görüşəcəyini güman etmək olar. Bu kontekstdə Türkiyə sabitləşdirici güc olaraq humanitar yardım və sülh danışıqları da daxil olmaqla istənilən yardımı göstərməyə hazırdır”.
Rusiya Prezidenti Vladimir Putin ötən ilin yekunlarına həsr olunmuş konfransda deyib ki, hər zaman danışıqlara və kompromisə hazır olduğumuzu bildrimişik. Sadəcə əks tərəf (Kiyev - red.) danışıqlardan imtina edib.
“Heç bir şərt qoymadan dialoq aparmağa hazırıq. 2022-ci ilin sonunda İstanbul danışıqlarında nəticəyə çatmışdıq və yenə də təkrar edirəm, Ukrayna tərəfi bu sənədlə tamamilə razı idi”, - Putin bildirib.
Ötən ilin mayında Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında da bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesini İstanbuldakı dialoq zamanı qoyulmuş əsasda davam etdirməyə hazırdır.
O vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesindən heç vaxt imtina etməyib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin son danışıqları 29 mart 2022-ci ildə İstanbulun Dolmabahçe Sarayında baş tutub.
Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Rusiya və Ukrayna arasında sülh danışıqlarının İstanbulda keçirilməsi üçün dəstək verməyə hazır olduğunu bəyan edib.
Bu açıqlama, Türkiyənin son dövrlərdə beynəlxalq diplomatiyada oynadığı mühüm rolu bir daha ön plana çıxarır.
Türkiyə, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri hər iki tərəflə yaxın əlaqələr saxlayan nadir ölkələrdən biri olaraq diqqət çəkir. Həm Rusiya, həm də Ukrayna ilə iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlıq edən Türkiyə, daha əvvəl də sülh danışıqlarına ev sahibliyi edib. Xüsusilə 2022-ci ilin mart ayında İstanbulda keçirilən görüşlər tərəflər arasında müzakirələr üçün mühüm platforma olmuşdu.
İstanbulun sülh danışıqları üçün seçilməsi təsadüfi deyil. Şəhərin həm coğrafi mövqeyi, həm də siyasi neytrallığı, tərəflər arasında etimad mühiti yaratmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, Türkiyə NATO üzvü olaraq Qərb və Rusiya arasında diplomatik körpü rolunu oynayır.
Türkiyə tərəfi bildirir ki, münaqişənin davam etməsi yalnız regional deyil, qlobal sabitlik və iqtisadiyyata ciddi təhlükə yaradır. Buna görə də, Ankara Rusiya və Ukraynanın danışıqlar masasına oturması üçün hər cür dəstəyi göstərməyə hazırdır. Prezident Ərdoğan daha əvvəl dəfələrlə vurğulayıb ki, müharibənin diplomatik həlli üçün bütün beynəlxalq resurslar səfərbər edilməlidir.
Politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nə deyib ki, Rusiya Prezidenti Putun Ukrayna ilə danışıqların hansı şərtlər əsasında aparılacağı ilə bağlı məsələlərə münasibətini dəfələrlə bildirib. Qərb cəbhədə Ukraynanın və özünün xeyrinə olmayan vəziyyətin dəyişməsi üçün vaxtı uzatmaq və buna görə də danışıqların mərhələli həllində maraqlı ola bilər. Qərb artıq bir dəfə bu uslubdan istifadə edib, söhbət Qərbin, konkret olaraq Britaniyanın İstanbul danışıqlarını pozmasından gedir. Rusiya qarşı tərəfin vədlərinə inanıb o zaman qoşunlarını Kiyev ətrafından uzaqlaşdırmışdı: “Rusiya əvvəlki kimi Ukraynanın bitərəf mövqedə qalmasında, onun demilitarizasiyasında, Krım və digər ərazilərin Rusiya əraziləri kimi tanınmasında israrlıdır. Bundan əlavə danışıqların aparılması üçün Rusiya Zelinski rejimini legetim saymır. Zelinski 2019-cu ildə Ukrayna prezidenti seçilib, səlahiyyət müddəti isə 2024-cü ilin mayında bitib. Ukrayna qanunvericiliyi müharibə dövründə seçkilərin keçirilməsini yasaq etmir, Zelinski isə müharibə faktoruna istinad edərək seçkiləri keçirməkdən vaz keçib və faktiki olaraq qeyri-qanuni şəkildə prezident səlahiyyətlərini icra etməkdədir. Belə bir adamın hansısa sənədə və ya müqaviləyə imza atmasının hüquqi bazası yoxdur. Ukraynanın Konstitusiya Məhkəməsi bu amili nəzərə alaraq imzalanan sənədi qüvvədən düşmüş hesab edə bilər. Rusiya bu baxımdan etibarlılıq dərəcəsi şübhə doğurmayan hüquqi şəxslə danışıqlarda maraqlıdır ki, onun Ukrayna dövlətçiliyini təmsil etmək hüququ olsun, hazırkı şəraitdə bu Ukrayna Ali Radasının başçısı ola bilər və ya bu ilin sonunadək Ukraynada prezident seçkiləri keçirilməlidir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Rəsmi Ankara savaşın ilk günlərindən etibarən tərəflər arasında vasitəçi olmağa çalışır.
2022-ci il iyulun 22-də Türkiyənin və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında “Taxıl sazişi” imzalanıb. Bu razılığın nəticəsində indiyədək dünya ölkələrinə 312 milyon taxıl daşınıb.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Fevral 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri