Icma.az
close
up
RU
Rusiya və Ukrayna danışıqlarının üçüncü raundu dialoqa ümid verir Deputat

Rusiya və Ukrayna danışıqlarının üçüncü raundu dialoqa ümid verir Deputat

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu mühüm qərarlar olmadan baş tutsa da, onun nəticələri dialoqun davam etdirilməsinə ümid verir.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata Dövlət Dumasının Krımdan olan deputatı, parlamentin təhlükəsizlik komitəsinin üzvü Mixail Şeremet bildirib.

“Danışıqlar açıq-aydın neytral xarakter daşıyıb, əhəmiyyətli qərarlar qəbul edilməyib, lakin onlar hələ də hər iki tərəfi dinləməyə imkan verən mühüm humanitar vasitə olaraq qalır. Hansı ki, ümidverici dərəcədə açıq bir fürsət pəncərəsidir və optimal həll axtarışında dialoqun davam etdirilməsinə ümid verir”, - deyə o qeyd edib.

Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların birinci raundu mayın 16-da İstanbulda baş tutub, o, “1000-ə 1000” düsturuna əsasən əsirlərin mübadiləsinə dair razılaşmalar və böhranın aradan qaldırılması aspektləri üzrə tərəflərin memorandumlar təqdim etməsi ilə yekunlaşıb.

Yenidən başlayan birbaşa danışıqların ikinci raundu da iyunun 2-də İstanbulda baş tutub. Nəticədə tərəflər sülh yolu ilə nizamlanmaya dair memorandum layihələri mübadiləsi aparıb, həmçinin ağır yaralı hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Moskva bir neçə min ölü cəsədini Kiyevə təhvil verib.

İyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu baş tutub. İclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət ediblər. Tam tərkibdə danışıqlar təxminən 40 dəqiqə davam edib və bu zaman tərəflər memorandum layihəsində nəzərdə tutulan mövqeləri müzakirə ediblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri