Rusiya vurdu, Polşa döyüş təyyarələrini havaya qaldırdı Gərginlik
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşa və müttəfiqlərinin təyyarələri Rusiyanın Ukraynaya zərbələrindən sonra havaya qalxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının X sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Komandanlıq hava məkanının təhlükəsizliyini təmin etmək üçün “bütün zəruri prosedurları həyata keçirdiyini” qeyd edib.
“Polşa və müttəfiqlərin aviasiyası öz tapşırıqlarını yerinə yetirməyə başlayıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, – məlumatda vurğulanıb.
Əlavə edilib ki, bu tədbirlər hava məkanının təhlükəsizliyinin təmin edilməsi və vətəndaşların mühafizəsinə yönəlmiş qabaqlayıcı addımlardır.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Avqust 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















