Rusiya Vyetnama “yaş icarə” üçün müraciət etdi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rusiya Vyetnama ölkənin aviaşirkətlərinə məxsus təyyarələri ekipaj və texniki xidmətlə birlikdə Rusiya aviaşirkətlərinə “yaş icarə” əsasında təqdim etməyi təklif edib.
Axar.az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib.
O bildirib ki, müvafiq təkliflər artıq Vyetnam tərəfinə göndərilib və hazırda nəzərdən keçirilir:
“Vyetnamla hava səyahətlərinin həcmi 2025-ci illə müqayisədə təxminən üç dəfə artıb. Vyetnam aviaşirkətlərinin təyyarələrinin cəlb edilməsi Rusiya aviaşirkətlərinə əməkdaşlığı genişləndirməyə və ölkələr arasında uçuşların sayını artırmağa imkan verəcək”.
Qeyd edək ki, “yaş icarə” (Wet Lease) bir aviaşirkətin digər aviaşirkətə təyyarəni ekipaj, texniki xidmət və sığorta ilə birlikdə icarəyə verməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 10 Sentyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















