Icma.az
close
up
RU
Rusiya xaricdə ordudan istifadə edə biləcək

Rusiya xaricdə ordudan istifadə edə biləcək

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Rusiya Dövlət Duması prezident Vladimir Putinə xarici ölkələrə qoşun yeritmək üçün əlavə səlahiyyətlər verən qanun qəbul edib. Bu qanuna əsasən, Rusiya vətəndaşlarına xaricdə təhlükə yarandığı halda prezident ordudan istifadə edə biləcək. Bu isə potensial olaraq Rusiyanın qonşu ölkələrə hərbi müdaxilə imkanlarını genişləndirən hüquqi baza yaradır.
Xüsusilə bu mexanizmin Estoniya və Qazaxıstan kimi ölkələrə şamil oluna biləcəyi istisna deyil. Hər iki ölkədə rusdilli əhali yaşayır və Kreml bu icmaların hüquqları ilə bağlı məsələləri zaman-zaman rəsmi gündəmə gətirir.
Göründüyü kimi, Rusiya qonşu ölkələrə təsir imkanlarını artırmaq üçün müxtəlif “hüquqi” mexanizmlər formalaşdırmağa çalışır. Halbuki Moskva eyni məqsədlərə daha effektiv şəkildə “yumşaq güc” alətləri – əlverişli iqtisadi əməkdaşlıq, mədəni əməkdaşlıq və qarşılıqlı etimad mühitində diplomatik əlaqələr vasitəsilə də nail ola bilərdi.
Hazırda qəbul edilən bu qanun isə qonşu ölkələrin Rusiyaya qarşı daha ehtiyatlı mövqe tutmasına və etimadın azalmasına səbəb ola bilər. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın hərbi məqsədlərinə tam nail ola bilməməsi belə addımların nə dərəcədə effektiv olacağı ilə bağlı suallar yaradır. Bu baxımdan, Kremlin yeni hüquqi alətlər vasitəsilə geosiyasi mövqelərini gücləndirmək cəhdlərinin praktik nəticələri sual doğurur.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri