Rusiya Xarici Kəşfiyyat Xidməti: Dnestryanıda müharibə ehtimalı var
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Heç kim təminat verə bilməz ki, Moldova Prezidenti həqiqətən də regionda real müharibəyə cəhd etməyəcək”
Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunun məlumatında qeyd edilib.
Bildirilib ki, Moldova Prezidenti bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib.
“Görüş Sandunun Dnestryanı üzərində nəzarətin yaradılması və regionda Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanması zərurətindən danışması ilə başa çatıb”, - Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
“Heç kim təminat verə bilməz ki, Moldova Prezidenti həqiqətən də regionda real müharibəyə cəhd etməyəcək”, - SVR-dən vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















