Rusiya xarici ölkələrdən zənglərə qadağa qoya bilər
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada fırıldaqçılıqla mübarizə tədbiri kimi xarici ölkələrdən zənglərə qanunvericilik qadağası tətbiq oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.
Eyni tələblər ani messencerlərə münasibətdə də tətbiq oluna bilər.
“Bir sıra rabitə operatorları artıq xaricdən daxil olan zənglərə istifadəçilər tərəfindən müstəqil qadağaların tətbiqi üzərində fəal işləyirlər. Bununla belə, bu tələblərin qanunvericiliklə müəyyən edilməsi də mümkündür. Məhz eyni tələblər ani messencerlər üçün də tətbiq oluna bilər. Onlarda səs trafikinin bloklanması məcburi tədbir kimi istifadə oluna bilər”, - deyə idarədən bildirilib.
Bundan əvvəl "Roskomnadzor" rəhbəri Andrey Lipov bildirmişdi ki, fırıldaqçılıqla mübarizə prosesində Rusiya qanunvericiliyinin tələblərini pozarsa, Roskomnadzor texnoloji olaraq messencerlər vasitəsilə zəngləri bloklamağa başlaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 Dekabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















