Rusiya XİN: Aİ qəsdən gərginliyin artmasına təkan verir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Avropa İttifaqı Ukrayna ətrafında münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaq əvəzinə, Kiyevə hərbi və maliyyə yardımını sürətlə artırmaq planlarını bəyan edir və qəsdən gərginliyin artmasına təkan verir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin martın 6-da keçirilən Avropa İttifaqının fövqəladə sammitinin yekunlarına dair bəyanatında bildirilib.
"Brüssel öz qərarlarının real nəticələrinə məhəl qoymadan təhlükəli geosiyasi oyunlar oynamağa davam edir. Aİ münaqişənin həllinin dinc yollarının axtarışına müsbət töhfə vermək əvəzinə, Kiyevə hərbi və maliyyə yardımının artırılmasını sürətləndirmək planlarını bəyan edir və bununla da, qəsdən eskalasiyaya təkan verir və dialoqun perspektivini ləngidir", deyə Rusiya XİN-nim bəyanatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Mart 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















