Rusiya XİN başçısı: ““3+3” platforması çərçivəsində görüşə hazırlıq gedir”
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Moskva “3+3” platformasında işləmək üçün böyük potensial görür”
“3+3” regional əməkdaşlıq platforması üzrə ölkə nümayəndələrinin üçüncü görüşü hazırlanır. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
“Moskva Cənubi Qafqaz ölkələri və onların yaxın qonşuları olan Rusiya, İran və Türkiyənin maraqlarını təmsil edən “3+3” platformasında işləmək üçün böyük potensial görür”, - Lavrov bildirib.
Nazir xatırladıb ki, “3+3” platforması çərçivəsində artıq Tehran və İstanbulda nazirlər səviyyəsində iki görüş keçirilib.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında İstanbulda “3+3” platformasının görüşünün yekunlarına dair mətbuat konfransında Rusiyanın baş diplomatı “3+3” platformasını Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün “ən əlverişli platforma - razılığın əldə oluna biləcəyi platforma” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















