Rusiya XİN dən ABŞ və Türkiyəyə xəbərdarlıq: “Zərər qaçılmaz olacaq”
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, söhbət Türkiyənin anbarlarında olan ABŞ istehsalı silahların Ukraynaya göndərilməsindən gedir.
Diplomat bildirib ki, nəzərdə tutulan arsenalın tərkibində 12 reaktiv yaylım atəşi sistemi qurğusu, 2,5 mindən çox kasetli döyüş sursatı, 47 min 203 millimetrlik kasetli artilleriya mərmisi və 70 ATACMS operativ-taktiki raketi var.
Zaxarova qeyd edib ki, Moskva silahların yenidən ixracı təşəbbüsünün kim tərəfindən irəli sürüldüyünü, tədarükün nə vaxt və hansı qaydada həyata keçiriləcəyini bilmir.
Onun sözlərinə görə, ABŞ və Türkiyə daha əvvəl Ukrayna münaqişəsinin həlli prosesində vasitəçi rolunda çıxış etməyə və diplomatik yolları dəstəkləməyə çalışıblar. Rusiya XİN hesab edir ki, Kiyevə yeni silah tədarükü bu mövqeyə ziddir və Moskvanın hər iki ölkəyə etimadını zəiflədə bilər.
Zaxarova bildirib ki, silahların verilməsi münaqişənin gedişinə ciddi təsir göstərməsə belə, “çoxşaxəli zərər qaçılmazdır”. Onun sözlərinə görə, söhbət təkcə insan itkiləri və dağıntılardan deyil, həmçinin Moskvanın Vaşinqton və Ankara ilə münasibətlərinin pisləşməsindən gedir.
ABŞ Konqresinin avqustun 6-da dərc etdiyi sənəddə Türkiyənin ABŞ istehsalı silahların Ukraynaya yenidən ixracına dair planlarından bəhs olunub. Türkiyə hakimiyyəti bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Avqust 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















