Rusiya XİN dən Azərbaycanda saxlanılan vətəndaşları ilə bağlı daha bir açıqlama
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin 13 Rusiya vətəndaşının Azərbaycanda həbsini Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına səbəb kimi təqdim etməsi və münasibətlərin yaxşılaşması üçün şərt kimi onların azadlığa buraxılmasını irəli sürməsi yanlışdır.
"Unikal" xəbər verir ki, brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova azərbaycanlı həmkarlarının sözlərini şərh edərək, Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olduğunu bir daha vurğulayıb.
"Mövzu bu il avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası zamanı ətraflı müzakirə olunub. Rusiyanın mövqeyi Azərbaycan nümayəndə heyətinə ətraflı şəkildə çatdırılıb", - Zaxarova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Sentyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















