Rusiya XİN dən iddia: “Starlink” etirazların təşkili üçün istifadə olunub
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qərb ölkələri digər dövlətlərdə etiraz aksiyaları və iğtişaşların təşkili üçün “Starlink” peyk internet sistemindən istifadə ediblər.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin direktor vəzifəsini icra edən Andrey Akulçev II Qlobal Rəqəmsal Forumda bildirib.
Diplomatın iddiasına görə, belə hallar 2022-ci ildə İranda, 2024-cü ildə isə Venesuelada qeydə alınıb.
“Starlink”dən etirazların təşkili məqsədilə istifadə edilməsi hallarının həmin ölkələrdə müşahidə olunduğunu bildirən Akulçev bu fikirləri forum çərçivəsində keçirilən “İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı panel müzakirəsində səsləndirib.
Qeyd edək ki, II Qlobal Rəqəmsal Forum oktyabrın 8-dən 10-dək keçirilir. TASS tədbirin baş informasiya tərəfdaşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Oktyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















