Rusiya XİN dən İTTİHAM: Qərb ölkələri kibercinayətkarları ört basdır edir
Qərb hökumətləri Ukrayna hakimiyyətini və onların işlədiyi kibercinayətkarları ört-basdır edir.
Publika.az xəbər verir ki, bunu "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin (DİS) direktoru Artur Lyukmanov deyib.
O bildirib ki, hazırda kibercinayətlərə qarşı beynəlxalq hüquqi müdafiə yoxdur. Buna görə də fırıldaqçıların və hakerlərin əməllərindən müxtəlif ölkələrin vətəndaşları əziyyət çəkir.
Diplomat qeyd edib ki, kibercinayətkarlıqla yalnız birlikdə mübarizə aparmaq olar, lakin Qərb dövlətləri buna hazır deyil.
“Rəqəmsal cinayətlə mübarizə üçün bəzi şərtlər Kibercinayətkarlığa qarşı Konvensiyada nəzərdə tutulub. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının uğurlu işinin əsas təminatı bütün dövlətlərin bərabərhüquqlu əməkdaşlığa hazır olmasıdır”, - deyə Lyukmanov vurğulayıb.
Adəm Abbaslı
![see](https://icma.az/template/assets/see.png)